Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çox perspektivli bir işe yaşıq işıq yandırıldı…”- Əli Mesimli

14 Temmuz 2016

2:32 pm


14/07/2016 [18:31]: xeber –
sayt İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ilə müsahibəni təqdim edir:-Əli müəllim, Milli Məclisin Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərini necə qiymətləndirirsiz?      – Azərbaycan və Ukrayna bir-biriləri üçün xüsusi önəm daşıyan dost ölkələrdir. Ona görə də hesab edirəm ki, Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri Azərbaycan-Ukrayna münasibətlərinə yeni dinamizm verməkdən ötrü çox zəruri səfərdir. Azərbaycan-Ukrayna əlaqələrinin xalqlarımız arasında daim dostluq münasibətlərinin inkişaf etdirilməsinə xidmət edən böyük tarixi vardır. Azərbaycanla Ukrayna yeni müstəqil dövlətlər kimi dünya arenasına çıxdıqdan sonra da bu münasibətləri yeni situasiyaya uyğun qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf etdirməkdən ötrü əksər sahələr üzrə mühüm maqavilələr bağlayıb və zəruri hüquqi baza yaradılıb. Azərbaycanla Ukrayna qarşılıqlı surətdə bir-birinin ərazi bötövlüyünü dəstəkləyir və BMT və digər qurumlarda birmənalı şəkildə müdafiə edirlər. Azərbaycanla Ukrayna arasında münasibətlər hər iki ölkənin Parlament əlaqələri, GUAM və digər qurumlar çərçivəsində də uğurla inkişaf edir. Postsovet məkanının mühüm ölkələri kimi Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə strateji partnyorluq səviyyəsində olmalıdır. Bu əsasda Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri ən yüksək səviyyəli münasibətlər qəbilindən olan və çox mühüm əhəmiyyət kəsb edən səfər hesab edirik.-Azərbaycan-Ukrayna əlaqələrinin hazırkı səviyyəsini qənaətbəxş hesab etmək olarmı?      – Azərbaycan-Ukrayna əlaqələrinin hazırkı səviyyəsini bir sıra məqamlar üzrə qənaətbəxş hesab etmək olsa da, əlaqələri genişləndirmək və dərinləşdirməkdən ötrü səylərin artırılmasına da böyük ehtiyac var. Son illər bir sıra obyektiv və subyektiv səbəblərdən, o cümlədən Ukraynada baş verən olayların onun iqtisadiyyatına və xarici iqtisadi əlaqələrinə böhranlı təsiri, eləcə də neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və devalvasiyalardan doğan problemlər iki ölkənin xarici ticarət əlaqələrinə təsirsiz ötüşməyib. Son 5 ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 4,4 dəfə azalaraq 2011-ci ildəki 1467 milyon dollardan 2015-ci ildə 333 milyon dollara enib. Bununla belə Azərbaycanla xarici ticarət dövriyyəsinə görə Ukrayna 2-ci olmuşdur. Bununla belə iqtisadi əlaqələrin tempi aşağı düşsə də hər halda inkişaf edir.     -Ukrayna Azərbaycanla daha çox hansı sahələr üzrə ticarət edir?      -Ukrayna Azərbaycana daha çox metallurgiya, aqrar-sənaye və kimya sənayesi məhsulları, Azərbaycan isə Ukraynaya yanacaq-eneryi, aqrar-sənaye və qismən də kimya sənayesi məhsulları ixrac edir.       -İki ölkə arasında hansı sahələrdə əməkdaşlıq daha dinamik inkişaf edir?       -Azərbaycanınn  Ukrayna ilə əməkdaşlıq əlaqələri çoxcəhətlidir: siyasi,iqtisadi,energetika, nəqliyyat, humanitar sahələr və sair….Bununla belə məncə,iki ölkə arasında enerji sahsində əməkdaşlıq daha dinamik inkişaf edir.     -Bəs qarşılıqlı sərmayə qoyuluşu sahəsində vəziyyət necədir?     – Bu barədə rəsmi statistika bir qədər kasad olsa da, son illərin olaylarının təsirini nəzərə almasaq, azərbaycanlıların Ukraynada yaşan hissəsinin və bir sıra iş adamlarının fəaliyyətinin timsalında demək olar ki, Ukrayna azərbaycanlıların işgüzar fəaliyyəti üçün əsas arena və sərmayə yatırdığı əsas ölkələrdən biridir. Ukrayna tərəfi də Azərbaycanda müəyyən işlər görür. Amma rəsmi statistikaya görə, nə Ukrayna Azərbaycana daha çox sərmayə yatıran ölkəklər, nə də Azərbaycan Ukraynaya daha çox sərmayə yatıran ölkələr sırasında deyil. Ümumiyyətlə Azərbaycanda Ukrayna kapitalının iştirakı ilə 100-dən artıq müəssisə və təşkilat qeydiyyatdadır. Bununla belə iki ölkə arasındakı qarşılıqlı sərmayə qoyuluşları potensial imkanlardan xeyli aşağıdır. 2014-cü ilin statistikasına əsasən Azərbaycanın Ukrayna iqtisadiyyatına yönəltdiyi sərmayələr, Ukraynanın Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayədən 73 dəfə çox olsa da, söhbət cəmi 220 milyon dollardan getdiyindən, bu,hər iki ölkənin potensial imkanları fonunda simvolik xarakter daşıyır.         -Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfəri zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin perespektivləri, o cümlədən iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələləri geniş müzakirə olundu. Həmin müzakirələrdən gözləntiləriniz necədir?      -Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək və digər görüşlər zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu və müvafiq istiqamətlər üzrə çox zəruri müəyyənləşmələr oldu. Görüşlərdə xüsusi vurğulandı ki, Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün həm münbit şərait, həm də yetərincə potensial var. Bu baxımdan birinci önəmli cəhət odur ki, P.Poroşenkonun Azərbaycana səfəri zamanı Azərbaycan Ukrayna  əməkdaşlığının genişləndirilməsinin perspektivlərini və əsas istiqamətlərinı xeyli dəqiqləşdirildi. Bunların arasında ”Odessa-Brodi” layihəsini reallaşdırmaqla həm Azərbaycan-Ukrayna münasibətlərini yeni mərhələyə daşımaq və həm də Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranzitini təmin etmək hər iki ölkənin və Avropanın maraqlarına cavab verir. Bundan əlavə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırılması kimi çox perspektivli bir işə yaşıq işıq yandırıldı….Azərbaycanın bu şansdan və onun multiplikativ effeklərindən yaranacaq şanslardan maksimum istifadə etməsi məqsədəuyğun olar.        Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan ilə Ukrayna arasında münasibətlərin o cümlədən iqtisadi əməkdaşlığının genişləndirilməsində əsas istiqamətlər üzrə qarşılıqlı iqtisadi fəaliyyətin prioritetlərini müəyyən etmək, ticari-iqtisadi əməkdaşlıq göstəricilərini yaxşılaşdırmaq və qarşılıqlı biznesi inkişaf etdirmək üçün əlavə tədbirlər görməkdir. Bu işdə dövlət-hakimiyyət qurumları ilə yanaşı hər iki ölkənin iş adamlarının, biznesmenlərinin fəallığı və perspektivli layihələrin birgə icrasına girişməsi tələb olunur.      -Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələrin genişlənməsinin regional və qlobal əhəmiyyəti barədə nə demək olar?        Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfəri zamanı əldə olunun razılaşmaların və əsasda reallaşması başlanılan tədbirlərin qarşılıqlı faydalılıq prinsipi əsasında həyata keçirilməsi həm Azərbaycan Ukrayna münasibətlərinə yeni dinamizm vermiş olar, həm də GUAM xətti ilə yaradılmasına başlanılan Azad Ticarət Zonasının reallaşdırılması vasitəsilə bölgə ölkələri arasında tranzit və nəqliyyat xəttlərini daha effektiv şəkildə hərəkətə gətirməklə GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) fəallaşmasına kömək etmiş olar…       Eyni zamanda Azərbaycan-Ukrayna əlaqələrinin hərtərəfli inkişafı hazırda həyata keçirilən nəhəng nəqliyyat dəhlizi layihəsinin davamı və mühüm tərkib hissəsi kimi Xəzər dənizi-Qara dəniz–Baltik dənizi nəqliyyat dəhlizinin yaradılması Xəzər, Qara və Baltik dənizi regionları ölkələrinin optimal inkişaf və əməkdaşlıq modelinın formalaşması və reallaşmasına və deməli həmin ölkələrin daha da yaxınlaşmasına, Avropa ilə inteqrasiyanı yeni keyfiyyət halına gətirilib daha əhatəli birgə fayda götürülməsinə  böyük töhfə olar. ”Böyük İpək Yolu” layihəsi çərçivəsində Azərbaycanla Ukrayna arasındakı əməkdaşlıq bir ucu Çin, o biri ucu Avropa olan böyük bir məkanda həyata keçirilən möhtəşəm layihələrin mühüm tərkib hissəsidir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler