Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çovdarovun Masazırdakı istixanasına elave post qoyuldu

25 Ekim 2016

4:40 am


25/10/2016 [08:38]: xeber –
Dünən sabiq MTN generalı Akif Çovdarovun Masazırdakı istixanasına
dövlət yetkililəri tərəfindən əl qoyulduğundan bəhs etmişdik. Vurğulamışdıq ki,
dövlət yetkililərinin gəlişindən son anda xəbər tutan Çovdarovun istixanadakı
adamları istixana daxilindəki göldə saxlanılan nadir balıq sortlarını xüsusi
borular vasitəsi ilə Masazırdakı gölə axıtmış, bununla da qanunsuz balıq ovu və
biznesinə görə məsuliyyətdən yaxa qurtarmağa çalışmışlar. (http://www.moderator.az/news/156030.html
).

Bu gün sayt-a saytını bilgiləndirən özəl mənbə məsələ ilə
bağlı yeni informasiya verib. Mənbənin sözlərinə görə, dünən saytımızda məlum
hadisə ilə bağlı yazı yer alandan təxminən 3 saat sonra sabiq MTN generalının
Masazırdakı istixanasının balıqçılıq təsərrüfatının yerləşdiyi hissəsinə əlavə
post qoyulub. Balıqçılıq təsərrüfatının məxsusi olaraq nəzarətə götürüldüyünü
bildirən mənbə, göldə saxlanılan nadir balıq sortları ilə bağlı xüsusi
araşdırmaya start verildiyini vurğulayıb.

Bundan başqa, mənbənin sözlərinə görə, son günlər Çovdarov dönəmində
ixtixana ərazisinə yığılan çoxlu sayda tikinti materialı, xüsusilə də dəmir
boruların istixanadan daşınması prosesi müşahidə edilir. Dəmir
konstruksiyaların kim tərəfindən hara daşınması ilə hələlik bəlli deyil.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler