Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çovdarovla bağlı daha bir şok ittiham – “Evi o qadının adına keçirdim…”

20 Eylül 2016

6:48 am


20/09/2016 [10:45]: xeber –
Sabiq MTN generalı Akif Çovdarovun qurbanı olan iş adamlarından biri Şahmar Qurbanovun brilliantlarının əlindən necə alınmasının detalları bəlli olub.“Riyad Prodakşn” şirkətinin rəhbəri Ş.Qurbanovun “soyulması” A.Çovdarovun idarədə müavini olduğu 2007-ci ildə baş verib.“Riyad prodakşn” qızıl istehsalı ilə məşğul olurmuş. Ş.Qurbanov bir gün MTN-ə çağırılıb, ona MTN rəhbərliyinə yaxın olan “Qruşa” ləqəbli iş adamına borclu olduğu xatırladılıb və borcu qaytarması “məsləhət olunub”. Bundan başqa, Ş.Qurbanova 1 milyon manat verməyəcəyi təqdirdə qaçaqmalçılıqda və narkotik vasitələrin daşınmasına ittiham edilərək həbs ediləcəyi deyilib. Qızıl istehsalçısı Şahmar Qurbanov “Qruşa”nın borcunu qaytarıb.Ardınca, Ş.Qurbanov A.Çovdarovun tələb etdiyi 1 milyon manatı qaytarmağa başlayıb. O, 100 min manata Xətai rayonunda mənzil alaraq Çovdarovun yaxın adamı və MTN əməkdaşı, əməliyyat müvəkkili İskəndər Hüseynovun həyat yoldaşı Xədicəxanım Hüseynovanın adına keçirib.Akif Çovdarov yerdə qalan məbləğin hansı formada qaytarılması üçün İstanbulda Şahmar Qurbanovla görüşüb. Razılaşmadan sonra Azərbaycana qayıdan iş adamı qızıl dükanlarını sataraq Binəqədi rayonunda şəxsən A.Çovdarovla görüşərək, ona 500 min dollar verib.Qalan məbləğin alınması üçün İskəndər Hüseynov Dubaya gedərək Ş.Qurbanovla görüşüb. Burada Ş.Qurbanovdan 9 ədəd 1 karatlıq, 1 ədəd 3 karatlıq brilliant, 1500 dollarlıq sığa, küpə, 360 min dollar dəyərində 2 ədəd 4 karatlıq brilliant, 1 ədəd 5 karatlıq brilliantlar alınıb.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler