Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çovdarov ve Hilal Əsedovun aldığı bazar uğrunda savaş – Rafiq Əliyev bazar sahibini nece döydürüb? – SENSASİON MƏKTUB

08 Ekim 2016

5:28 pm


08/10/2016 [21:27]: xeber –
8-ci kilometr (“Vosmoy”) bazarı ətrafındakı qalmaqal uzun müddətdir ki, davam edir. Başı bəlalı bazar uzun illər yüksək vəzifəli şəxslər arasında bölüşdürülə bilməyib. Bazar ətrafında yaranan söz-söhbətlərlər bəzən mətbuatda da yer alırdı.Sonuncu olaraq isə “Vosmoy” bazarı uğrunda savaşın təfərrüatları Akif Çovdarovun həbsindən sonra ortaya çıxdı. Yeni təfərrüatlarda məlum oldu ki, həqiqətən də Bakının ən gəlirli bazarlarından olan “Vosmoy”un üzərində həmişə qara buludlar olub. MTN generalı Akif Çovdarovun həbsindən sonra ilk olaraq mətbuata üz tutan Cəfər Səfərov bazarın Çovdarov-Mahmudov qruplaşması tərəfindən əllərindən zorla alındığını, özlərinin isə MTN-də döyülərək işgəncələrə məruz qaldıqlarını iddia etdilər. Cəfər Səfərov bazarın səhimlərinin Akif Çovdarovun qızının və Eldar Mahmudovun müavini olmuş general Hilal Əsədovun qayınatasının adına keçirildiyini dedi.Akif Çovdarov ona verilmiş çoxsaylı cinayət ittihamları arasında yer alan “Vosmoy” bazarının qəsb edilməsi haqda istintaqa bildirib ki, bazarın zorla alınması haqda deyilənlər əsassızıdır. Çovdarov istintaqa deyib ki, bazarın sonuncu sahibi olaraq bilinən Cəfər Səfərov MTN-ə bazarın ilk sahibi Çingiz Əsədovun şikayəti əsasında çağırılıb. Çovdarov əlavə edib ki, o, tərəflər arasında sülh olmasını şəxsən istəyib.Bazarın ilk sahibinin yenidən bazarı almaq üçün 300 min dolları olmadığını qeyd edən Çovdarov MTN rəhbərliyinin tapşırığı ilə bazarı özlərinin aldığını etiraf edib: “Həmin bazar, əslində, Fərhad Əliyevin olduğundan, rəhbərlik bazarı tərəflərin hər ikisinin halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi”.Bundan sonra bazarın 50 faizi Hilal Əsədovun qayınatası Ənvər Məmmədovun, 50 faizi isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçib. Sonra Ənvər Məmmədov öz payını qızı Nüşabə Əsədovaya bağışlayıb. Bu barədə adı çəkilən şəxslərin hamısı istintaqa çağırılaraq dindirilib.Musavat.com bazarın qurucusu olan Çingiz Əsədovun baş prokurora və ölkə rəhbərliyinə etdiyi müraciəti əldə edib. Ç.Əsədov müraciətində bazarın əlindən necə alınmasını və bu illər ərzində başına gətirilənləri yazıb. Ç.Əsədov qeyd edir ki, 1995-ci ildə Ədliyyə Nazirliyinin verdiyi 26985 nömrəli şəhadətnamə ilə “VEQA” elmi-istehsalat birliyinin “MARAL” Bakı şöbəsinin bazasında “Maral-Veqa” müəssisəsi yaradıb və həmin müəssisənin təsisçisi və əmlakının mülkiyyətçisi olub. Bunu sübut edən sənədlər indi də ondadır. O zaman Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə ilə bazarən indi yerləşdiyi Naxçıvanski 50 ünvanında 1118,9 kvadratmetr ticarət və xidmət sahəsi “MARAL-VEQA” müəssisəsinin xüsusi mülkiyyəti olub. Bazarın faktiki ərazisi isə təxminən 7.800 kvadratmetr olub. Həmin torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər Soveti tərəfindən müvafiq sərəncam da verilib.Ç.Əsədovun qara günləri necə başlayıb?Bazarın təsisçisi məktubunda yazır ki, 1999-cu ildən bazarda ticarətlə məşğul olmağa başlayan Cəfər, Qəhrəman, Şahbaz, Səfər və Salman Səfərov qardaşları bir müddət sonra şərikli iş görmək üçün ona müraciət ediblər. Təklif olunan şərikliyə görə bazardan yığılan pulun 70 faizi Ç.Əsədova qalanı isə qardaşlara çatacaqmış. Bazarda icarə haqlarının yığılmasını isə qardaşlar həyata keçirəcəkmişlər.Ç.Əsədov müxtəlif dövlət qurumları və fiziki şəxslərin bazarın fəaliyyətində ona çətinlik yaratdığını görərək qardaşların bu təklifi ilə razılaşıb. Çingiz Əsədov sonradan ona problem yaradan şəxslərin qardaşlara dəyib-dolaşmadığını görüb. Və belə başa düşüb ki, bu problemlər də qardaşlar tərəfindən yaradılırmış ki, bazarı onlara icarəyə versin.Şikayət dolu məktubunda Ç.Əsədov yazır ki, ona ən böyük problemlər zamanın iqtisadi inkişaf naziri Fərhad Əliyev tərəfindən olub. Gələcəkdə olacaqlardan xəbərsiz olduğunu qeyd edən Ç.Əsədov qardaşlardan bazarın bütövlükdə onlara icarəyə verilməsi ilə bağlı hər ay üçün 12.000 dollarlıq təklif aldığını və razılaşdığını bildirir.Qardaşlar həmçinin icarə müddətində vergi onları incitməsin deyə problemlərin bir dəfəlik həlli üçün Çingiz Əsədovun mülkiyyəti olan “MARAL-VEQA” müəssisəsinin bazasında tam ortaqlı yeni “MARAL-VEQA” müəssisəsi yaratmağı təklif edirlər. Çingiz Əsədov bu təkliflə razılaşsa da təsisçisi olduğu “MARAL-VEQA”nın əmlakını yeni yaranan müəssisənin balansına keçirməyib. Əldə edilən razılığa əsasən müəssisədə Ç.Əsədov və Cəfər Səfərov hərəyə 50 fazi paya sahib olacaqdılar.Bundan sonra olanlarda yenə Çingiz Əsədov uduzan tərəf olub. Qardaşlar Ç.Əsədova verəcəkləri bir ilik icarə haqını rəsmiləşdirmək üçün ona yeni yaradılan müəssisədə olan 50 faiz payı onlara satmağı təklif ediblər. Ç.Əsədov izahını verməsə də bu təkliflə də razılaşdığını yazır.Alqı-satqı müqaviləsində Ç.Əsədovun öz payını 136.800 manata Səfərov Cəfər Qulu oğluna satdığı göstərilib. Ancaq Ç.Əsədov şikayətində qeyd edir ki, həmin məbləğ Səfərov qardaşlarının bazarın icarəsinə görə ona bir il ərzində ödəyəcəkləri məbləğ olub.Səfərov qardaşları 2002-ci ilin noyabr ayına kimi Ç.Əsədova 140 min dollar ödəyiblər. Ç.Əsədov 2003-cü ildə Səfərov qardaşlarına müqavilənin müddətini uzadıb-uzatmayacaqlarını öyrənmək istəyib. Aldığı cavab isə onu təəəccübləndirib. Belə ki, qardaşlar ona deyiblər ki, bazar artıq onlara məxsusdur və icarə müqaviləsinə ehtiyac yoxdur.Fərhad və Rafiq Əliyev qardaşlarının işə müdaxiləsiÇ.Əsədov bildirir ki, bundan sonra tərəflər arasında yaranan narazılıqlara Fərhad Əliyevin və qardaşı Rafiq Əliyevin müdaxiləsi açıq şəkildə başlayıb. Ç.Əsədov yazır ki, bazarda Səfərov qardaşları və onların ətrafında olan şəxslər tərəfindən bir neçə dəfə döyülüblər. Səbəb isə haqlarını tələb etmələri olub. Bu hadisə ilə bağlı Ç.Əsədov Nizami Payon Polis İdarəsinə şikayət edib. Amma Fərhad Əliyevin adının olduğu yerdə şikayətə baxılmayıb.Daha sonra məhkəməyə müraciət edən Ç.Əsədov haqlı olduğunu sübut edə bilib. Və bazar ona qaytarılıb.Bu zaman Rafiq Əliyev şəxsən bazara gəlib. Həmin vaxt bazarda Səfərov qardaşları və onların 50-yə yaxın adamı da olub. Səfərov qardaşları Ç.Əsədovu “BMW” markalı maşının yanına aparıblar. Onlar Rafiq Əliyevi qohumları olaraq Çingiz Əsədova təqdim ediblər.Bazar sahibi Rafiq Əliyevi qəzəbləndirib…Ç.Əsədov məktubunda bildirir ki, Rafiq Əliyev ona əsəbi şəkildə xəbərdarlıq edib və niyə onlar üçün problem yaratdığını soruşub,  ardınca onu təhqir edib. Təhqirlər qarşılıqlı olandan sonra R.Əliyev bazar sahibinin və onun yanında olan qardaşının döyülməsi tapşırığını verərək oradan uzaqlaşıb. Həmin hadisənin səhəri bazara nəzarət yenə Səfrov qardaşlarına keçib. Bir müddət sonra tərəflər guya aralarında razılıq əldə etmək üçün yenidən görüşüblər. Bu görüş təklifi də Səfərov qardaşlarından gəlib.  Ç.Əsədov müraciətində yazır ki, Səfərov qardaşlarının ağssaqqal kimi təqdim etdikləri Seyid adlı şəxs bu görüşdə məsləhətçi və söz sahibi kimi iştirak edib. O, təklif edib ki, bazar onun, Səfərov qardaşlarının və C.Əsədovun arasında 3 hissəyə bölünsün. Bundan əlavə Ç.Əsədova 150 min dollar ödənilsin. Ç.Əsədov bu təkliflə də razılaşıb. Ç.Əsədov qeyd edir ki, məhkəməyə etdiyi müraciəti geri götürdükdən sonra yenidən aldadılıb. Ona nə bazardan gələn gəlirdən pul, nə də deyildiyi kimi nağd ödəniş edilib. Buna görə də o yenidən məhkəməyə müraciət edib.Bazar sahibinin qardaşı necə oğurlanıb?Bu hadisədən sonra Ç.Əsədovun Əsrəddin adlı qardaşı yoxa çıxıb. Qardaşının itkin düşməsindən iki gün sonra naməlum şəxs Ç.Əsədova yaxınlaşaraq ona Səfərov qardaşları ilə əlaqə saxlamasını deyib. Ç.Əsədov müraciətində deyir ki, qardaşı və ailəsi ilə hədələndiyinə görə “MARAL- VEQA” müəssisəsini bazarla birlikdə onlara satması ilə bağlı sənədə qol çəkib. Elə bundan bir saat sonra Ç.Əsədovun qardaşı sərbəst buraxılıb. Səfərovlar Ç.Əsədova ailəsinə dəyməyəcəkləri ilə bağlı söz də veriblər. Ç.Əsədov sonradan qardaşının “Yeganə” şadlıq sarayının zirzəmisində saxlanıldığını və orada Qəhrəman, Salman, Cəfər qardaşlarının olduğunu öyrəndiyini müraciətində yazır. Ç.Əsədov bütün bu olanlardan sonra bütün dövlət qurumlarına, hətta MTN-ə müraciət edib. Lakin Fərhad Əliyevin adı və müdaxiləsi bu müraciətləri cavabsız qoyub.Bazar sahibi Fərhad Əliyevin həbsindən sonra hərəkətə keçibFərhad Əliyev 2005-ci ildə həbs edildikdən sonra Ç.Əsədov üçün yol açılıb. O, MTN-nə üz tutub. Bazarın əlindən alındığını, qardaşının oğurlandığını deyib. MTN-də onu hələ o zaman polkovnik olan Akif Çovdarov qəbul edib. Ç.Əsədov başına gələnləri Çovdarova danışıb. Təxminən 2 saat sonra MTN-nin binasına Səfərov qardaşlarından Cəfər gəlib.Ç.Əsədov yazır ki, bundan sonra danışıqlar bu üçlük arasında olub. Çovdarovla görüş zamanı Cəfər Səfərov ona qarşı etdiklərini, qardaşını oğruladıqlarını etiraf edib. Tərəflər arasında guya Çovdarovun kabinetində razılıq olub. Həmin razılığa görə, Cəfər Səfərov bazara çəkdiyi 300 min dollar xərci istəyərək yenidən bazarı Ç.Əsədova qaytaracağına söz verib. Bazarı yenidən almaq üçün 300 min dollarının olmadığını deyən Ç.Əsədov məktubuna əlavə edir ki, bu zaman Akif Çovdarovdan ona təklif gəlib. Məktubda yazılana görə, Çovdarovun təklifi belə olub ki, o, bazarı almaq üçün Ç.Əsədova kömək edəcək və onlar bazarı birlikdə işlədəcəklər. Akif Çovdarov Elşən Hüseynov adlı şəxsi Ç.Əsədovun yanına göndərir. Onlar birlikdə notariusa gediblər. Burada bazar Çovdarovun adamının adına keçirilməli idi.Bazarı almaq üçün pul Rafiq Əliyevin pay sahibi olduğu bankdan götürülübmüşÇ.Əsədov əlavə edir ki, müqavilə bağlanan zaman Cəfər Səfərov bildirib ki, o, bazarı “Bank of Baku” da girov qoyaraq 120.000 dollar kredit götürüb. Buna görə də mülkiyyət hüququ haqqında şəhadətnamə bankdadır. Çovdarovun adamı 300 min dollardan əlavə Səfərov qardaşlarının banka olan 78 min dollar borcunu da ödəyərək şəhadətnaməni alıb.Məlumat üçün onu da bildirək ki, Rafiq Əliyev qardaşları kreditin götürüldüyü “Bank of  Baku”da da pay sahibi olublar. Məhz Səfərov qardaşlarını ayrılan kreditə Əliyev qardaşlarının şərit yaratdığı bildirilir.Ç.Əsədov dövlət qurumlarına müraciətində qeyd edir ki, o, öz istəyi ilə bazarı Çovdarovun adamı Elşənə satmaq istəyib. Səbəb olaraq isə səhhətindəki problemləri və Səfərov qardaşlarından ehtiyat etməsini göstərib. Elşənlə Hüseynovla Ç.Əsədov arasında razılıq belə olub ki, Elşən bazara görə əlavə olaraq Əsədova 150.000 dollar nağd, hər ay isə 5.000 manat pul verəcək. Ç.Əsədov bundan sonra rahat yaşamağa başladığını məktubunda qeyd edərək, onun üçün yeni problemlərin Eldar Mahmudovun işdən çıxarılması və Akif Çovdarovun həbsi ilə başladığını bildirir.Səfərov qardaşları da Çovdarovun həbsindən sonra bazarı geri almaq üçün hərəkətə keçiblər. İlk olaraq Ç.Əsədovun yanına gediblər və Çovdarovun həbs edildiyini deyərək, birlikdə bazarı yenidən geri almağı təklif ediblər. Bunun üçün də onun şahidlik etməsini təklif ediblər. Lakin Ç.Əsədovun dediyinə görə, o, bu təkliflə razılaşmayıb və özü Baş Prokurorluğa gedib və başına gələnləri danışıb. Həmçinin Səfərov qardaşları da prokuroluğa müraciət ediblər. Ç.Əsədov Səfərov qardaşları ilə aralarında olan telefon danışıqlarının səs yazısını da prokurorluğa təqdim edib.Sonda onu qeyd edək ki, Akif Çovdarov işində Səfərov qardaşları zərərçəkmiş şəxs kimi tanınıblar. Ç.Əsədov isə çoxsaylı şikayətlərinə baxmayaraq bu işdə sadəcə olaraq şahid kimi tanınıb. Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler