Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çovdarov ve diger hebs olunanlar azadlığa buraxılmalıdır” – Vekil

04 Ekim 2016

1:36 pm


04/10/2016 [17:34]: xeber –
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Hazırlıq iclası Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.Bu dəfə də jurnalistlər prosesə buraxılmayıb. Buna hər hansı bir səbəb göstərilməyib.***Səlim Məmmədovun vəkili Cavid Rzazadə jurnalistlərə açıqlamasında vəsatət verdiyini qeyd edib:”İş hərbi xarakterli olduğu üçün Bakı Hərbi Məhkəməsi baxır. Buna görə də onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi və müddətin uzadılması barədə qərarlar Bakı Hərbi Məhkəməsi tərəfindən verilməli idi. Lakin qanunsuz olaraq bu qərarları Səbail rayon məhkəməsi verib. Məhkəmədən xahiş edirik, məsələni araşdırsın və müvafiq qərar versin. Əgər Səbail rayon məhkəməsinin qərarları qanunsuzdursa, onlar ləğv edilməli və həbs-qətimkan tədbiri ləğv edilməlidir. Bununla da, təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılmalıdır”.Vəsatət baxılmamış saxlanılıb.Cavid Rzazadə-VəkilVəkil Kamandar Nəsibov təqsirləndirilən Akif Çovdarovla müqavilə imzaladığına dair orderi məhkəməyə təqdim edib. O bildirib ki, A.Çovdarovun ötən iclasda vəkili olan Sadiq Rəsulovla bugünkü iclas üçün müqavilə imzalanmayıb. Buna görə də S.Rəsulov prosesə qatılamayacaq. K.Nəsibov işə yeni qoşulduğu üçün cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib.Buna görə də proses təxirə salınıb.Zərərçəkmiş tərəf kimi tanınan Dövlət Təhlükəsizlik Xidməti onlara dəyən maddi ziyana görə mülki iddia verib.Məhkəmə prosesi oktyabrın 19-da davam etdiriləcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler