Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çovdarov meni söydü, dedi ki, boynunu sındıracam” – Abıyev

04 Ağustos 2016
1:00 pm


04/08/2016 [16:59]: xeber –
Bu gün bir sıra internet resurslarında Daşkəsənin icra hakimiyyəti başçısı Əhəd Abıyevlə MTN-in idarə rəisi, general Akif Çovdarov arasında baş vermiş mübahisə haqda xəbərlər yayılıb. Orada deyilirdi ki, MTN-nin maskalıları Daşkəsəndə körpü tikintisini həyata keçirən podratçı şirkətin üç işçisini Bakıda bankdan pul çıxararkən oğurlayıb və başlarına torba keçirərək Akif Çovdarovun hüzuruna aparıb.Bundan xəbər tutan Əhəd Abıyev elə həmin gün Bakıya gəlib və MTN-ə gedərək işçilərin azad edilməsini tələb edib. Bu zaman Akif Çovdarovla Əhəd Abıyev arasında kəskin mübahisə yaranıb, icra başçısı o vaxt qılıncının dalı da, qabağı da kəsən MTN generalını söyüb. Nəhayət nazir Eldar Mahmudovla görüşə nail olub və işçiləri həmin gün azad etdirib.sayt xəbər verir ki, Virtualaz.org bu əhvalatın təfərrüatlarını öyrənmək üçün Əhəd Abıyevin özü ilə əlaqə saxlayıb. İcra hakimiyyəti başçısı əvvəlcə “day bu olub keçib, təzədən xatırlatmağa nə ehtiyac var” deyib danışmaq istəməsə də sonda əhvalatın necə baş verdiyini ətraflı nəql etməyə razı oldu.Beləliklə, əhvalat cərəyan edib təxminən iki il əvvəl-2014-cü ilin sonlarında. Həmin vaxt regionların sosial-iqtisadi inkişafına dair prezident İlham Əliyevin təsdiqlədiyi proqram çərçivəsində Daşkəsən rayonunda yol-nəqliyyat infrastrukturu layihələrindən biri kimi Daşkəsən-Xoşbulaq avtomobil yolunun və körpünün tikintisi həyata keçirilirdi.“Körpünün açılışını cənab prezidentin ad günündə-dekabrın 24-də etməyə hazırlaşırdıq, tikinti işləri intensiv gedirdi. Tikintini aparan podratçı şirkət (icra başçısı şirkətin adını xatırlaya bilmədi) Dərnəgüldə yerləşən “Baku Steel Company” şirkətindən armatur almışdı. Çünki Gəncədə armatur nisbətən baha olduğundan onu Dərnəgüldən almaq sərfəli idi.Şirkətin rəhbəri Rasim Məmmədov həm qiymətdə güzəşt etmişdi, həm yüksək keyfiyyətli armatur vermişdi. Çünki bilirsiniz, bu cür tikintilərdə keyfiyyətli material əsas məsələdir, FHN gəlib yoxlayır. Şirkətin məsul şəxsləri armaturun pulunu ödəyib gətirmək üçün Bakıya getmişdi. Zavod da armaturu maşınlara yükləyib hazır qoymuşdu ki, pulu ödənən kimi yola salsın. Təxminən günorta saat 3.00 idi, Rasim zəng vurdu ki, bəs armaturlar yüklənib hazırdır, ancaq adamlar gəlib çıxmayıb və pul ödənilməyib”-Əhəd Abıyev nəql edir.İcra hakimiyyəti başçısının dediyinə görə, o, həmin işçilərlə əlaqə saxlamağa çalışsa da telefonlar cavab verməyib. Ailələrindən soruşanda onlar da xəbərsiz olduqlarını deyiblər.Əhəd Abıyevin danışdıqlarından: “Düzü narahat oldum ki, ola bilsin həmin adamlar pulu bankdan çıxarıb qaçıblar. Nəhayət dəqiqləşdirdim ki, onları MTN saxlayıb. Bakıya, müxtəlif adamlara, o cümlədən MTN rəhbərliyi ilə yaxın olduğunu bildiyim deputatlardan birinə zəng vurdum, heç kim boynuna götürmək istəmədi. Qərara aldım ki, özüm gedim Bakıya. Saat təxminən 5 idi, rayondan çıxdım, 9-un yarısı MTN-in qabağına çatdım.Qapı bağlı idi, dəmir barmaqlığın arxasından soruşdum, dedilər iş vaxtı qurtarıb, sabah gəlin. Razılaşmadım, dedim səlahiyyətli şəxslərdən kimsə çıxsın qapıya, sözümü deyim. Bu vaxt Akif Çovdarov və yanında bir neçə iricüssəli MTN əməkdaşı qapıya yaxınlaşdı. Mən o vaxta qədər Akif Çovdarovu şəxsən tanımırdım, heç vaxt təmasım olmamışdı. Ancaq DİN-də işləyən yoldaşlardan biri əvvəllər məclislərdən birində danışmışdı ki, o vaxtilə axtarışda olan cinayətkardır, banditin biridir, heç Bakıya pasport qeydiyyatı da yoxdur, yaşayış yeri Gürcüstan göstərilir. Çovdarov qapıya yaxınlaşıb qəzəblə nə istədiyimi soruşdu, çəkilib getməyimi tələb etdi. Mən özümdən çıxdım, ona dedim ki, sən quldurun, cinayətkarın birisən, axtarışda olan adamsan,heç Bakıda qeydiyyatın yoxdur, nə əsasla günahsız adamları tutub salmısan bura? Nə əsasla cənab prezidentin tapşırığı ilə görülən abadlıq işlərinə mane olursan? Dedim sən təsadüfi adamsan, gəlib düşmüsən bu cür mühüm nazirliyə, indi də quldurluq edirsən. Aləm qarışdı, mənim dediklərim onu bərk qəzəbləndirdi, çünki olanı demişdim. O da qayıdıb məni söydü, dedi sənin boynunu sındıracam, səni də tutub onların yanına salacam. Dedi rayonda hansı işlər görürsən, hamısını yoxladacam”.İcra başçısı nəql edir ki, MTN-in binasının giriş qapısı ağzına səsə-küyə içəridəkilərdən xeyli adam toplaşıb. MTN-in poliklinikasının işçiləri də səs-küyə gəlib. Dediyinə görə o cümlədən MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyev mübahisəni eşidərək Çovdarovun yanına gəlib. “Tutulandan sonra özünü asdı aa, adı İlqar idi, nəydi, o da gəlmişdi”-icra başçısı xatırlayır. Əhəd Abıyev Akif Çovdarovu söyməkdə davam edib, Çovdarovun yanındakılar dəmir barmaqlıqların o tayından icra başçısını itələyib. “Bu mübahisə, dava-dalaş xeyli çəkdi, mən bildirdim ki, rəhbərliklə görüşməyənə qədər buranı tərk edən deyiləm. Nəhayət kimsə dedi ki, nazir gəlib, səni çağırır. Keçdim içəri, məni Eldar Mahmudovun kabinetinə apardılar. Dəhlizdə Akif Çovdarov yenə məni hədələdi, dedi boynunu sındıracam, səni tutduracam. Mən də onun cavabını artıqlaması ilə verirdim. Görün adam nə qədər həyasız idi ki, prezidentin göstərişi ilə inşa edilən körpünün də gərəksiz olduğunu da dedi, bildirdi ki, Daşkəsən kimi rayonda o boyda körpüyə nə ehtiyac var, biz bunu araşdıracağıq. Həmin körpü işğal altında olan Kəlbəcərə gedən yolun üstündə tikilib…”-Əhəd Abıyev deyir.İcra hakimiyyəti başçısı bildirir ki, Eldar Mahmudov onu kabinetində qarşılayıb, əvvəlcə qışqır-bağır saldığı üçün ona irad tutub.“İnsafən nazir özü mənimlə sakit, mədəni danışdı, bircə onu dedi ki, nə qışqırırsan, bura sənə Milli Məclis deyil. Mən də dedim ki, bu quldur adamları günahsız yerə tutub gətirib, dövlətin pulu ilə bir yerdə. Axı onlar nə ediblər, bankdan pulu çıxarıb armaturun pulunu verməyə gedəndə tutub salıblar bura. Bildirim ki, adamları buraxmasalar cənab prezidentin qəbuluna gedib hər şeyi danışacam. Eldar Mahmudov Akif Çovdarovun tərəfini saxladı, ancaq göstəriş verdi ki, saxlanılanları dərhal buraxsınlar. Dedi götür su iç, sakitləş, dedim ehtiyac yoxdur, adamları buraxsınlar, götürüb gedim. Düşdüm aşağı, gördüm saxlanılanları buraxıblar, qapının qarşısına gətiriblər. Döymüşdülər, birinin də qollarında qandalın yeri qalmışdı. Götürüb apardım…”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler