Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çovdarov dedi ki, sene ele iyne vurduraram, ömür boyu…” -MTN generalının şok ifadesi

03 Kasım 2016

10:08 am


03/11/2016 [14:04]: xeber –
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun “MTN işi” çərçivəsində şahid qismində istintaqa ifadə verdiyi barədə və həmin ifadənin məzmunu ilə bağlı mətbuatda ilkin məlumat yayılıb.sayt xəbər verir ki, lent.az generalın istintaqa verdiyi ifadənin tam mətnini əldə edib. H.Əsədov ifadəsində 2004-cü ildə MTN-də işə başladığını, nazirlikdə ilk vəzifəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olduğunu qeyd edib. Bundan təqribən 3 ay sonra nazirliyin Antiterror Mərkəzinə rəis təyin edilib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib.Hilal Əsədov ifadəsində bildirir ki, birbaşa nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.İttiham aktında göstərilir ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.H. Əsədov ifadəsində cinayət işində bu iş üzrə zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib:“Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Ç.Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”.Hilal Əsədov ifadəsində bildirib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər:“Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdi. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi”.Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını deyib: “Akif Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”.Hilal Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”.Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib.Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar.Zərərçəkən danışır: “Sonra digər qardaşım Cəfər Səfərova zəng vuraraq qardaşının saxlanıldığını, birbaşa nazirliyə gəlməyi deyiblər. Hətta qardaşımın indi harada olduğunu da telefonla ona deyiblər, izləndiyi barədə xəbərdarlıq ediblər. Hər iki qardaşım gecə saat 12-dək Akif Çovdarovun kabinetində işgəncələrə məruz qalmışdı. Onları bir gün ərzində 500 min manat gətirmək şərti ilə azad etmişdilər”.Şikayətçinin sözlərinə görə, qardaşlarının MTN-ə aparılmasından bir gün sonra – dekabrın 21-də Akif Çovdarov yenidən Cəfəri yanına çağırıb və nazirin 500 min manatla razılaşmadığını bildirib: “Dedi ki, nazir pula razı deyil, bazarın onlara verilməsini tələb edir. Həmin gün Cəfərə o qədər işgəncələr verilmişdi ki, Akif Çovdarovun tələbi ilə razılaşmaq məcburiyyətində qaldı”.S.Səfərovun dediyinə görə, onlar bazarı “Bank of Baku”da girov qoyaraq 125 min manat kredit götürmüşdülər. Həmin vəsaiti bazarın abadlaşdırmasına, anbarlar tikilməsinə xərcləmişdilər.Səfərovun danışdıqlarından: “Banka 70 min manata qədər borcumuz qalmışdı. Akif Çovdarovla banka getdik, pulu ödəyib bazarın sənədlərini götürdük. Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxladı, bazarın girovluqdan çıxdığını təsdiq edən sənəd istədi. Həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq sənədləri dərhal hazırlayaraq Çovdarova təqdim etdi. Ertəsi gün Akif Çovdarov qardaşımı özü ilə notariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Qulu Cəfərov adlı şəxsə keçdiyinə dair etibarnamə aldı. Bundan sonra bazara Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başladı”.S.Səfərov deyir ki, bazarı onların əlindən alandan sonra səhmlərini MTN-in rəhbərliyində yer alan şəxslər arasında bölüşdürüblər. Sahibkar o vaxt Akif Çovdarovun quldurluq əməlləri ilə bağlı nazir Eldar Mahmudova və digər qurumlara onlarla teleqram, şikayət göndərdiyini deyir. Ancaq bu şikayətlərin heç bir nəticəsi olmur, əksinə, onu və qardaşlarını MTN-ə çağıraraq hədələyirlər.“Hər dəfə teleqram vuranda Çovdarov məni və qardaşım Cəfəri nazirliyə çağırırdı. Çünki Akif Çovdarovdan hara şikayət yazırdımsa, onları MTN-ə göndərirdilər. Elə bil, bütün nazirliklərdə Çovdarovun adamları vardı. Çovdarov məni çağıraraq dedi ki, sənə elə iynə vurduraram, ömür boyu iflic qalarsan, maşınından tank tapılar və heç kim də heç nə sübut edə bilməz. Deyirdi Allaha dua edin ki, evinizi də əlinizdən almıram, gedin başqa işdə çalışın” -Səfərov danışır.Şikayətçi deyir ki, Eldar Mahmudov nazir postundan azad edilən gün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra onu ifadə vermək üçün Baş Prokurorluğa çağırıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler