Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çöreyin bahalaşması qaçılmaz idi”

30 Temmuz 2016

9:08 am


30/07/2016 [13:04]: xeber –
Çörəyin qiymətinin 10 qəpik
miqdarında bahalaşması cəmiyyətdə ciddi narazılığa səbəb olmaqdadır. Vətəndaşların
bir çoxu hesab edir ki, gündəlik istehlak məhsulu olan çörəyin bahalaşması
insanların sosial rifahına mənfi təsir göstərəcək, onların onsuz da çətin olan
yaşamını daha da mürəkkəbləşdirəcək.

Çörəyin bahalaşmasının
iqtisadi əsası varmı? Həqiqətənmi belə bir bahalaşma zəruri idi?

Bununla bağlı
sayt-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev çörəyin hələ bir
müddət bundan öncə bahalaşması gəərkdiyini vurğuladı:

“Bu məsələyə iki aspektdən
yanaşmaq lazımdır. Birincisi, çörək doğrudanmı bahalaşmalı idi? Düşünürəm ki,
çörək bahalaşmalı idi. Çünki hər şeyin qiyməti qalxıb. Hətta suyun, işığın belə
qiyməti qalxdı. Una olan tələbatın bəlli bir miqdarı idxal hesabına reallaşdığı
və dolların məzənnəsinin yüksəldiyi üçün bu, unun da qiymətində artıma səbəb
olur. Çörəyin istehsalında istifadə edilən digər komponentlər də əsasən xaricdən
gətirilir. Bu səbəbdən də çörəyin qiymətinin qalxması labüd idi.

Təəssüflər olsun ki,
hökumət bu vaxta qədər çörəyin qiymətini inzibati yolla tənzimləməyə çalışıb. Bu,
ona gətirib çıxardıb ki, sahibkarlar çörəyin qiymətini artıra bilmədikləri üçün
ya onun çəkisini azladıb, ya da daha az keyfiyyətli undan istifadə edib.

Çörək ən çox istifadə
edilən ərzaq məhsulu olduğuna görə, onun qiymətinə cəmiyyət tərəfindən həssas
yanaşılır. Lakin unutmaq olmaz ki, inzibati yolla çörəyin qiymətini tənzimləməklə
insanlara yaxşılıq etmək olmaz. Bu, müvəqqəti xarakter daşıyır. Bu məsələdə
iqtisadi yollardan istifadə etmək lazımdır. Çalışmaq lazımdır ki, çörək
istehsalında istifadə edilən komponentlər yerli istehsal hesabına təmin
edilsin. Xüsusilə də taxıl istehsalına diqqət yetirmək lazımdır. Çalışmaq lazımdır
ki, una olan tələbat yerli istehsal hesabına təmin edilsin”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler