Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çörçilin kederli sevgi macerası -ARAŞDIRMA

08 Temmuz 2016

9:56 am


08/07/2016 [13:54]: xeber –
sayt Böyük Britaniyanın baş naziri olmuş, bir zamanlar bütün dünyanın müqəddəratının həll olunmaslnda sözÇörçill sözün hər mənasında xanımlara münasibətdə bir o qədər zərifliyi ilə seçilmirdi. Amma bu “zəriflik” ömür boyu özünü yalnız bir xanım üzərində göstərdi. O, arvadı Klemente Çörçill idi.Onlar 1904-cü ildə bir kiçik məclisdə tanış oldular. Uinston gözaltı etdiyi xanımın yanında oturmaq üçün kiçik kələk işlədir və qabaqcadan hər stula görə işarələnən imza kartlarını dəyişdirib Klementenin yanında əyləşir. Bütün ziyafət boyu diqqətini ondan çəkmir. Xanımın siyasi söhbətlərə marağını sezəndən sonra özünün siyasətçi atasından, onun siyasi fəaliyyətindən danışır. Sonda aralarında belə bir dialoq olur:– Siz Lord Rudolfun həyatını oxumusuz?– Xeyr!- Məndə o kitab var, onu sizə yollaya bilərəm.- Bəli…Kiçik dialoq əslində hər şeyin əsasını qoyur. Uinston Çörçill aldığı ünvana kitabı yollamaq əvəzinə bir-birinin ardınca sevgi və vəsf məktubları yollayır. Nəhayət, ürəklənib onu Blenheymə dəvət edir və yazır: “Burada olmağını o qədər çox istərdim ki. Bu gözəl bağçalarda bizim danışmağımız üçün necə də çox gözəlliklər var”.Klementə məktubdan sonra yaxınları ilə Blenheymə gedir. O, əslində bu səfərin ömürlük bir bağ olacağını ağlına belə gətirməzdi. Çünki məhz orada…Yağış altında evlilik təklifi……ilə üz-üzə qalacaq. Əvvəlcə Çörçill ona bu təklifi etməkdə utanacaq. Söhbəti çox dəyişəcək. Lakin gəzinti zamanı yağan gizli yağışdan qaçıb kiçik bir daldanacaqda gizlənərkən Çörçill ürəklənəcək və ona əbədi səadət gətirən bu təklifi edəcək.1908-ci ildə evlənərkən Uinstonun 33, Klementenin isə 23 yaşı vardı. O zaman adi ingilis əsgəri sayılan Uinstonun baş nazir olacağı heç kimin ağlına gəlmirdi. Bu ərəfədə o, qızını alan adamdan yüksən mövqe tələb edən qayınanasına belə bir məktub yazır: “… çox da zəngin və qüdrətli deyiləm. Lakin qızınız məni sevir və bu sevgi məni özümə böyük məsuliyyətə sahiblənə biləcək qədər güclü hiss etdirir. Onu xoşbəxt edib layiq olduğu həyatı verəcəyəm”.Bu fakt onu göstərir ki, Uinstonun beynəlxalq siyasi aləmdə tanınan “Ser Çörçill” səviyyəsinə çatması məhz, onun ailə qurmasından sonra başlayır. Aradan uzun zaman keçəcək və artıq 80 yaşı adlayan Çörçill müsahibələrinin birində deyəcək ki, onun taleyində ən şanslı məqam Klementə ilə evlənməsi, ən uğurlu addımı isə ona evlilik təklifinin etməsidir. Amma bunu çox sonralar deyəcək. Hələlik isə təzə evləndiyi zamanlara, yəni I Dünya müharibəsinin başladığı illərə qayıdaq.Çörçillərin müharibə başlanana qədər iki övladı Diana və Rudolf artıq anadan olmuşdu. Qızı Sara isə 1914-cü ildə dünyaya gəldi. Birinci dünya müharibəsi başlandığı ildə Çörçill hərbi dəniz naziri işləyirdi. Tez-tez ailəsinə məktublar yazır, uşaqları və xanımına sevgisini bildirirdi. Çünki atası bunların heç birini etmədiyindən o da övladlarına öz aqibətini yaşatmaq istəmirdi.Hərbi dəniz naziri Klementeyə yazdığı məktubların birində deyir: “İşlərin ardı arası kəsilmir. Hər gün daha da çoxalır. Bu səbəbdən bazar günü sizi görmək planımda deyil. Amma sevgilim, üzünü öpmək və yumşaq yanaqlarına toxunmaq arzusundayam”.Xanım Çörçill demək olar ki, hər zaman ona stimul verir. Hətta Çörçilin üzləşə biləcəyi fəsadları da qabaqcadan hiss edir. Bir gün Çörçill hərbi dəniz naziri olan zaman hərbi təyyarələrdə uçmağı sınamaq istəyir. Pilotlar bu təhlükəli işdən naziri nə qədər çəkindirməyə çalışsalar da inadından dönmür. Elə bir ərəfə ki, Çörçillin ən yaxın dostu bir həftə qabaq təyyarə qəzasında dünyasını dəyişmişdi. Amma üçüncü övladı Saraya hamilə olan Klementə yeganə adam olur ki, Çörçilli öz fikrindən daşındırır. Ən maraqlı məqam ondan ibarətdir ki, Çörçillin uçmaq istədiyi təyyarə təcrübə zamanı qəzaya uğrayır və pilotların hamısı dünyasını dəyişir.“Göldəki qu quşları necə də azaddırlar“Birinci Dünya müharibəsi zamanı hərbi dəniz naziri kimi Çörçillin məsuliyyəti həddindən çox artır. Məhz bu müharibədən sonra Çörçill həm ictimai qınaq obyektinə çevriləcək, həm də özünü tamamən siyasi səhnəyə həsr edəcək. Amma Klemente bu gərgin müharibə zamanı da yaddan çıxmır. Xislətində yazıçılıq romantikası olan Çörçill döyüş ağzında belə sevimli həyat yoldaşını yaddan çıxarmır və ara-sıra ona məktublar yollayır. Məktubların biri isə öz təsirliliyi ilə maraq cəlb edir:“Hər şey fəlakətə doğru getməkdədir. Amma mən özümü şad və hazırlıqlı hiss edirəm. Hazırlığın mənim üçün tərifəgəlməz bir cazibəsi var. Yenə də sülh üçün əlimdən gələni edəcəyəm. Xristian dünyasını bürüyən bu çaşqınlıqda bizim də məsuliyyətimiz var ya yox bunu kimsə bilməz. Yaramaz rəhbərlərin razılığa gəlib öz ölkələrini bu çaşqınlıqdan qurtarması əvəzinə onu daha da şiddətləndirmələrini anlaya bilmirəm. O gün parkdakı göldə ağ qu quşlarının uçuşuna baxdım. Elə gözəl və azad idilər ki, bu arada yadıma düşdü. Bütün donanmanı hazırlıq halına gətiririk. Dənizçilər həyəcanlı olduqları qədər də özlərini hazır hiss edirlər. Tanrı bizə liderlik edir. Bu ölkəni azad, məsud etmək üçün həyatımı asanlıqla verə biləcəyimi bilirsən. “Sonradan vəziyyət Çörçillin əleyhinə dəyişir. Uğursuz Osmanlı taktikasını həyata keçirib Geliboluda ziyana uğrayan Çörçillin gələcək üçün parlayan siyasi ulduzuna sönüklük gətirir. O artıq ruhdan düşür. Bu məqamda xanımı onu tək buraxmır. İngiltərə siyasi arenasının ən gənc üzvini ruhlandırır və İngiltərənin siyasi aləmindəki qələbələrinin kökündə yalnız onu gördüyünü qeyd edir. Zaman keçəcək və xanım Çörçillin bu ehtimalı özünü doğruldacaq. Çörçill nəinki İngiltərənin, eləcə də bütün dünyanın siyasi müstəvisinin formalaşdıranlardan biri olacaq.86 yaşlı “sevgili”Sonradan siyasi aləmdə həm eniş , həm də yoxuş anları yaşanılır. Vaxt olur ki, Çörçill hər şeydən uzaqlaşaraq rəsm və bədii yazılara meyl edir. Vaxt da olur ki, dünyanın başqa nəhəngləri – Ruzvelt, Stalinlə modern dünyanın siyasi xəritəsini müəyyənləşdirir. Təkcə Fultondakı çıxışında bəşəriyyətdə dönüş nöqtəsi olan “soyuq müharibə”nin təməlini qoymasını və ədəbiyyat üzrə Nobel mükafatı almasını qeyd edərək başqa məqama keçid alaq.Çörçill 86 yaşında təqaüdə çıxır. İndi dincəlmək və xatirələrə dalmaq vaxtıdır. Bu adla səyahətə çıxan Çörçill həyatın ən gərgin çağlarında belə onu tək qoymayan Klemente üçün darıxır və ona belə bir məktub yazır: “Hər ikimizin nəyinsə fərqində olduğunu göstərmək üçün bu sətirləri yazdım. Nəhayətsiz dənizlərdə üzdük, səyahətlərə çıxdıq. Yazdım ki, sənə bu yaşda da yaza bilmək qabiliyyətimi qoruyub saxladığımı göstərim”.Bax buna heç kəsin şübhəsi yox idi. Elə o ərəfələrdə bir jurnalist xanım Çörçillə sual verəcək:– Əgər siz Çörçill yox, başqa adam olsa idiniz nə edərdiniz?- Mən mütləq xanım Klemente Çörçilin ikinci əri olardım…Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler