Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Corc Buş 11 sentyabr teraktı zamanı ne deyib?

11 Eylül 2016

5:04 pm


11/09/2016 [21:00]: xeber –
“The Daily Mail” yazır ki, ABŞ prezidenti George W Bush-un 11 sentyabr terror hücumlarına ilkin reaksiyası ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb.Terror hücumunun 15-ci ildönümündə o vaxtkı prezident Bush-un mətbuat katibi öz dəftərçəsinə etdiyi qeydləri dərc etdirib.Materialla tanışlıqdan görünür ki, prezidentin terror hücumuna ilk reaksiyası onun bu akt üçün dərhal qisas almaq niyyəti olub.Bu qeydlərdən bəlli olur ki, George Bush vise-prezident Dick Cheney-ə prezident təyyarəsi Air Force 1-dən zəng edərək deyib: “Biz bu o…şları tapmalıyıq. Biz müharibədəyik”.Dəstəyi asandan sonra prezident yanındakılara deyib: “Mən bunu edəni tapanda, məndən bir prezident kimi onların xoşu gəlməyəcək. Onlar bunun cavabını verəcəklər”.”The Mail on Sunday” yazır ki, bundan 9 gün sonra cənab Bush terrora qarşı müharibə elan edəcəkdi.O ABŞ Konqresinə müraciətində deyəcəkdi ki, bu müharibə əl-Qaeda ilə başlayır, lakin dünyada bircə dənə də olsun terrorçu qruplaşma qalmayanadək davam edəcək.Məqalədə deyilir ki, Fleischer-in əllə tələsik yazdığı qeydlər 11 sentyabrda George Bush-un dediklərini təsdiqləyən yeganə sənəddir.Bu da qeyd olunur ki, keçmiş mətbuat katibi öz qeydlərini son dərəcə qiymətli bildiyindən onları bank seyfində saxlayıb.Cənab Fleischer 2001-ci il, 11 sentyabrda cənab Bush-u Floridadakı ibtidai məktəbə səfərində müşayiət edib.Prezidentə qaçırılmış təyyarənin Dünya Ticarət Mərkəzinin Şimal göydələninə çırpıldığı barədə informasiya məhz bu məktəbdə uşaqlarla görüş zamanı verilib.Bu da qeyd olunur ki, ikinci təyyarə ikinci göydələnə çırpılanda Bush balacalara “Keçinin nağılını” oxuyurdu.”The Mail on Sunday” yazır ki, hadisə barədə dərhal çıxış etməməyi Bush-a məhz Fleischer məsləhət görüb.Fleischer-in qeydlərində deyilir ki, hər ehtimala qarşı artıq prezident təyyarəsinə gedən yola keşikçi qvardiya düzülmüşdü. Belə bir şübhə vardı ki, içəridəki məxfi agentlərdən biri prezidentə hücum edə bilər.Açıqlanmış qeydlərdən görünür ki, təhlükəsizlik orqanlarının müqavimətinə baxmayaraq George Bush təcili şəkildə Washington-a çatdırılmasını istəyirdi.Məhz bu anda administrasiyanın rəhbəri prezidentə deyir: “Ən düzgün yol tozanağın yatmasını gözləməkdir”.Bütün bunlara baxmayaraq prezident həmin axşam Ağ Evə qayıdıb.Keçmiş mətbuat katibinin qeydlərindən görünür ki, prezident şəxsi təhlükəsizliyinə qətiyyən fikir vermirmiş.Mömin dindar olan prezident xanımı Laura-ya zəng edir və deyir: “Səni sevirəm. Ağ Evə gedirəm. Üstümə təyyarə gəlsə, bircə ümidim odur ki, İncili oxumağa macal tapım”.Qeydlərə görə bundan sonra cənab Bush Cheney-ə deyir ki, ölkəyə hökumətin iş başında olduğunu göstərmək lazımdır.”Çünki bayaqdan telekanallar göstərir ki, ölkə bombardman altındadır…” – deyir prezident.Qeydlərə görə prezidentə xanımının və qızlarının saxlandıqları məxfi məkanı bildirirlər. O ünvanı yazıb götürür. Bundan sonra itini soruşur: “Bəs Barney hardadır?””Osama bin Ladenin izinə düşüb…” – deyir administrasiya rəhbəri Card (BBC).


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler