Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Con Kerri Gürcüstana sefere hazırlaşır

30 Haziran 2016

7:40 am


30/06/2016 [11:38]: xeber –
“İqtisadiyyat, təhlükəsizlik, müdafiə sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək”.ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Arçil Qeqeşidze Tbilisinin “Rustavi-2” teleşirkətinə verdiyi müsahibəsində bildirib.O qeyd edib ki, Kerri Gürcüstan rəhbərliyi ilə iki ölkə arasındakı əməkdaşlığına dair geniş məsələlər çevrəsini müzakirə edəcək. “İqtisadiyyat, təhlükəsizlik, müdafiə sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək”, – A.Qeqeşidze bəyan edib. 2009-cu ilin yanvar ayında Gürcüstan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik, müdafiə, ticarət, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığı nəzərdə tutur. Hər il ABŞ və Gürcüstanda bu sənədin müddəalarının həyata keçirilməsi üzrə işçi qrupların iclasları və plenar sessiyaları keçirilir. Növbəti iclas iyulun 6-da Con Kerrinin və Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin işitrakı ilə Tbilisidə keçiriləcək. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler