Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Con Kerri: ABŞ-ın herbi qiyamı desteklemesi barede melumatlar yalandır

17 Temmuz 2016

9:44 am


17/07/2016 [13:43]: xeber –
“ABŞ-ın Türkiyədə hərbi çevrilişə dəstək verməsi barədə gedən xəbərlər tamamilə yalandır”. Musavat.com Rusiyanın RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerriinin adından bildirilib.Məlumata görə, Con Kerri Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə telefon söhbətində də öz həmkarını ABŞ-ın hərbi qiyamda heç bir rolunun olmadığı ilə bağlı əmin edib.ABŞ Dövlət departamentinin sözcüsü Con Kribinin sözlərinə görə, ABŞ-ın dövlət katibi öz həmkarı ilə söhbətində ABŞ-ın baş tutmayan hərbi qiyama dəstək verməsi barədə yayılan xəbərləri təkzib edərək, qiyamla bağlı təhqiqatın aparılmasında Vaşinqtonun kömək etməyə hazır olduğunu bəyan edib.C.Kerri Türkiyəni təmkinli olmağa və qiyamın araşdırılması zamanı insan hüquqlarının üstünlüyünə hörmət etməyə çağırıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler