Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çinliler Misirde yeni paytaxt şeher salacaq- FOTO

14 Ekim 2016

12:28 pm


14/10/2016 [16:26]: xeber –
sayt xəbər verir ki, Misirin paytaxtı Qahirənin izdihamından və kirliliğində bezən Misir hökuməti yeni paytaxt şəhər inşa etmək üçün hərəkətə keçib. Beş il ərzində tamamlanması planlaşdırılan layihəni çinlilər həyata keçirəcək.Çinin dövlət investisiya fondu Misir Prezidenti Sisi ilə görüşündən sonra proyektə əlavə 20 milyard dollar investisiya yatırmaq qərarına gəlib. Həmin fond bu layihəyə daha öncə 15 milyard dollar maliyyə ayırmıştır. Beləliklə, yeni paytaxt layihəsinin icrası üçün planlaşdırılan 45 milyard dolların 35 milyardı çinlilər tərəfindən təmin ediləcək. Yeni paytaxtın adı hələ ki məlum deyil. 700 kvadrat kilometr ərazidə salınacaq yeni şəhər Qahirənin şərqində yarımsəhrada inşa ediləcək. Yeni şəhərdə mindən çox məscid, “ağıllı” məhəllələr, sənayə zonaları, 5 min nəfərlik konfrans zalı və dünyanın ən böyük parkının salınması nəzərdə tutulur.2015-ci ilin mart ayında Misir hökuməti tərəfindən elan edilən bu proyekt izdihamlı, səs-küylü, kirli və daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artdığı Qahirə şəhərinə alternativ kimi təqdim edilmişdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler