Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çinliler görün neyi yanacağa çevirdiler – İXTİRA

21 Haziran 2016

2:00 pm


21/06/2016 [17:58]: xeber –
Çin alimləri polietileni maye yanacağa çevirmək üçün effektiv metod hazırlayıblar. Əgər yeni prosesə sənaye miqyasında start verilsə, o zaman çinli alimlər bəşəriyyət üçün çox vacib bir iş görmüş olacaqlar. Belə ki, bu ixtiradan sonra insanlar planetdə plastik tullantıların həcmini azalda biləcək.sayt xəbər verir ki, plastik hər il yüz milyon tondan çox istehsal edilir. Yüksək inertliyə malik olan sözügedən maddə başqa materiallarla demək olar ki, reaksiyaya girmir. Bu da öz növbəsində polietilenin təbiətdə parçalanma prosesini yüzlərlə ilə qədər uzadır.Belə ki, Çin Elmlər Akademiyasının alimi Çin Xuan (Zheng Huang) və onun həmkarları dörd illik tədqiqatın nəticəsini açıqlayıb. Onlar ucuz üzvimetallik katalizatorun əlavə edilməsiylə cəmi 150 dərəcə temperaturlu şəraitdə parçalanma metodu işləyib hazırlayıblar.Alimlər bu metoddan istifadə nəticəsində bir neçə paket və butulka parçalamağı bacarıblar. Lakin sənaye miqyasında istifadə üçün yeni metod hələ ki, yararlı deyil. Hazırda katalizatorla plastikin nisbəti birə otuz hissə təşkil edir, ancaq bu prosesin kommersiya məqsədli tətbiqi üçün bu nisbət birə on min və ya milyon təşkil etməlidir. Həmçinin, platin qrupuna aid olan nadir və bahalı metal hesab edilən iridiumu daha ucuz metalla əvəz etmək lazım olacaq.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler