Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çinli neqqaşdan Ərdoğana…

23 Temmuz 2016

11:12 am


23/07/2016 [15:11]: xeber –
Antalyadakı Çin parkında çoxəsrlik Çin xəttatlıq sənəti ilə məşğul olan Qiming Fu Prezident Rəcəb Tayyib Ərdoğan üzərində ” “Barış, huzur, mutluluk ve güvən” (Sülh, əmin-amanlıq, xoşbəxtlik və inam) yazılmış hədiyyə hazırlayıb. Sənətkar Qiming Fu EXPO 2016 Antalya sərgi sahəsindəki Çin baxçasında əl yazması əsərlərini və rəsmlərini nümayiş etdirib. Əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan Quiming Fu Çin ilə Türkiyənin köklü bir dostluğu olduğunu deyib. Türkiyədəki çevriliş cəhdinə çox üzüldüyünü ifadə edən Qiming Fu bu səbəblə Prezidenti Rəcəb Tayyib Ərdoğana çatdırmaq üçün xüsusi bir hədiyyə hazırladığını da bildirib.  Narıncı rəngli xüsusi bəzəkli kağız üzərində xüsusi boya və fırçalarla ” “T.C Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Barış, huzur, mutluluk, güven” yazan Qiming Fu bunları deyib: Burada da yazdığım kimi Türkiyəyə etibarlı gələcək arzulayıram. Çindən buraya gəlib Prezidenti Ərdoğana belə bir hədiyyə etmək imkanı tapdığım üçün çox xoşbəxtəm. Burada da yazdığım kimi Türkiyəyə sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler