Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çingizxan avropalı olub?

19 Eylül 2016

4:40 pm


19/09/2016 [20:37]: xeber –
Monqolustan və Cənubi Koreya genetikləri müəyyən ediblər ki, Çingizxan avropalılar üçün səciyyəvi sayılan haploqrupa aid olub. Alimlər Tavan-Tolqoy daş-kömür mədənin ərazisindən tapılan və Monqolustan imperiyasının banisinin ailəsinə məxsus olan yeddi şəxsin skeletinin genetik analizini aparıblar.Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri PLOS ONE jurnalında dərc olunub.Araşdırma zamanı məlum olub ki, aşkar edilən insan qalıqlarının hamısı Qərbi Avropa və Cənubi Uralda yaşayan insanlara xas olan R1b-M343 haploqrupuna aidddir. Tədqiqatın nəticələri Çingizxanın köklərinin Avropaya gedib çıxdığını deməyə əsas verir.İndiyə kimi hesab olunurdu ki, Çingizxan Şərqi Asiya üçün səciyyəvi sayılan C3c-M48 haploqrupuna aid olub. Qeyd edək ki, Tavan-Tolqoyda tapılan insan qalıqlarının yanında zərgərlik məmulatları tapılıb. Alimlər üzərində Borciginlər (Çingizxanın nəsli) sülaləsinin simvolu – şahinin əks olunduğu bu bəzək əşyalarına əsasən qalıqların Monqolustan xanının qohumların aid olduğunu güman ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler