Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çingiz bir çekilişi ile ölke Prezidentini istefaya gönderdi…”

29 Ağustos 2016

8:00 pm


29/08/2016 [23:56]: xeber –
Bu gün Çingiz Mustafayevin ad günüdür. Mənim üçün Qarabağ və Çingiz sanki əkiz qardaşlardır, çünki onların adı bu günə qədər də həmişə yanaşı çəkilir. Qarabağla əlaqədər istənilən tədbirdə, verilişdə, filmdə adı çəkilməsə də hökmən onun çəkdiyi nə isə olmalıdır. Çingiz heç tam 32 il də yaşamadı. Ancaq onun haqqında heç vaxt “dünyadan nakam getdi” ifadəsi işlədilmədi, çünki bu qısa ömürə Çingiz min illər sığışdırdı. Əminəm ki, bu günkü nəslin çoxu onun həyat yolu ilə tam tanış deyil. Onu hamı ancaq telereportyor kimi tanıyır. Tanış olsalar görərdilər ki, Çingiz 3-10-cu sinifləri Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, Tibb İnstitunu bitirdikdən sonra baş həkim işləyib, Azərbaycanda ilk DJ kimi tanınıb, “Ozan” rok qrupunun yaradıcısı olub. Azərbaycanın quru, maraqsız telekanalında ilk, hamının, o cümlədən mənim də səbrsizliklə gözlədiyimiz “215 kl” studiyasını yaratdı. Onun əli dəydiyi hər iş birinci oldu.Tək bu uğurları, çoxları ömrü boyu qazanmağı arzulayarlar. Ancaq Çingizi ölümsüz edən onun Qarabağ müharibəsi ilə bağlı tariximizə bəxş etdiyi verilişləri oldu. O, təkbaşına bir Dövlətin, Xalqın edə bilmədiyini etdi, bəli, yanılmadım, Bir Dövlətin və bir Xalqın! O, təkbaşına Xocalı soyqırımını dünyaya tanıtdı, bir çəkilişi ilə ölkə Prezidentini istefaya göndərdi. Ancaq Çingiz kimi mərd oğul əli yalıın, torpağını müdafiəsiz qoyub qaçan əli silahlı əsgər və zabitlərə “Siz qorxaqsınız, namərdsiniz” deyə bilərdi. Ancaq O, güllə yağışının altında baş verən faciələri lentə köçürə bilərdi. Bunlar mənim kimi bu gün sağ olan milyonların gözü qarşısında baş verirdi. Və bu milyonlar onun yadigarı olan bir #ANS-i qoruya bilmədi, özü də tək Çingiz üçün deyil, həm də özümüz üçün. Bu hissəni vurğulamaqla bir daha yaddaşsız olduğumuzu və məhz buna görə illər boyu əziyyət çəkdiyimizi göstərmək istəyirəm. Hər dəfə ANS-lə bağlı yazanda vurğulamışam ki, 2005-ci ildən efirində görünməyimi qadağan edən telekanalı müdafiə etməyi yaddaş borcu saymışam. Yeri olmasa da hər dəfə gözümün önündə canlanan mənzərəni bir daha ANS-in bağlanmasına sevinənlərin nəzərinə çatdırıram. ANS bağlanandan bir neçə dəqiqə sonra həmin məkanda oldum. Vahid, Seyfulla, Mirşahinlə birlikdə baş verənləri müzakirə edirdik, ANS-in əməkdaşları dəstək üçün müraciət etdikləri bütün ziyalılardan səs çıxmırdı. Bu məqamda Vahid mənə səslənib pəncərənin qabağına çağırdı və ANS-in boş həyətini göstərib dedi: ”NTV bağlananda 50 min insan dərhal onun həyətinə toplaşdı, görürsən heç kim yoxdu”. Bəli, bu gün biz hamımız yaddaşsızlığımızın bədəlini ödəyirik. Biz Çingiz kimi bir igidin əmanətinə dəyər verə bilmədiksə, hakimiyyətlərin bizlərə dəyər verməsini gözləməyimiz əbəsdir.Ad günün mübarək Çingiz! İnanmaq istəyirəm ki, bizdən fərqli olaraq gənc nəsil sənə layiq olacaq.Aslan İsmayılov, tanınmış hüquqşünas


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler