Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cinayetkar alemin parıltısı ve… bağırtısı…

21 Ağustos 2016

10:24 am


21/08/2016 [14:22]: xeber –
O, 23-24 yaşında artıq “vor v zakone” idi. Bu yaşda belə şeylər az-az olur. Çox yaxın münasibətimiz vardı. Ailəsini də yaxşı tanıyırdım. Dağlı balası sürətlə əhatə və təsir dairəsini genişləndirirdi. Çoxları əmin idi ki, tezliklə cinayətkar aləmdə onun xüsusi çəkisi olacaq. Estetik baxımdan da çox gözəl idi. Yəni, Allah ona hər şeyi varmişdi. Ağıl, gözəllik, insanlarla anlaşmaq bacarığı…Həbsdən çıxandan 1 il sonra onu yaşadığı binanın blokunda güllələdilər. Az keçmədi qardaşını da aradan götürdülər…Onun anasının gözlərinə baxa bilmirdim. Düşünün ki, 2 gənc oğlunu itirən bu məğrur qadın heç cür özünü ələ ala bilmirdi. Oğlunun adı gələn kimi gözlərindən yaş süzülürdü…Bakı kəndlərindən birində dəfn olunub. Başdaşından özü boyda əksi boylanır…Bütün bunları ona görə yazıram ki, Rövşən Lənkəranskinin qətlindən sonra Azərbaycanda cinayətkar aləmə aşırı maraq yaranıb. Xüsusən, gənclərə bu yol cazibədar görünür…Belələrinə demək istərdim ki, oğru dünyası son dərəcə qəddar və amansızdır. “Bütün oğrular (söhbət qanuni oğrulardan gedir.) qardaşdır” şüarı dillərindən düşmür. Amma bu qardaşlar bir-birini “uf” demədən məhv edirlər. Özü də pula görə, nüfuz savaşına görə. Birini xatırladacam…2014-cü ildə Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verdi. Azərbaycanda həbsdə olan məşhur qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya – “Zayka”ya inanılmaz işgəncələr veriblər. Sonda o, kamera qarşısında üzr istədi: “Adım Əliyev Zaurdur. Ləqəbim “Zayka”dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Qulidən üzr istəyirəm. Gəncəli Rəşad və Canpolad məni öyrədirdilər. Özləri də söyürdü və məni məcbur edirdilər ki, mən də söyüm”.O da məlumdur ki, bu adam Rövşən Lənkəranskiyə yaxın idi, ona görə də Lotu Qulinin adamları ilə konflikt yaşamışdı. Konfliktin səbəbi də bəlli. Qulinin nəzarətində olan Moskvadakı obyektləri əl keçirməyə cəhd göstərmişdi…O vaxt Rusiya mediası dava prosesinin telefonla lentə alındığını bildirirdi. O da bəllidir ki, həmin çəkiliş Lotu Qulinin türmədəki kamerasına canlı olaraq yayımlanıb…Kiçik bir haşiyə çıxıb onu da deyim ki, cinayətkar aləmdə oğrunun kimliyi, milli və ya etnik mənsubiyyəti, hansı bölgədən olması elə bir rol oynamır. Məsələn, kriminal avtoritet Erdak Lənkəranski də “Lotu Quli”nin bandasındadır və Rövşən Lənkəranskinin adamı sayılan “Zayka”ya işgəncə verənlərdən biri də odur…Cinayətkar aləmin kralı olmuş “Yaponçik” ləqəbli Vyaçeslav İvankovu güllələyib öldürdülər. Vasya Brilyant-SSRİ cinayət aləminin əfsanəvi lideri, kriminal aləmin patriarxtını isə həbsxanada asdılar. Rəsmi versiyaya görə özü-özünü asmışdı. Amma qanuni oğru özünə qəsd edə bilməz. Ded Xasanı da güllələdilər. Öz əcəli ilə ölən qanuni oğrular yox kimidir…Çox istərdim ki, gənclərimiz elm və mədəniyyət dalınca getsin. Keyfiyyətli təhsil almağa çalışsın. Pul qazanmaq, yaxşı yaşamağa can atmaq, bunlar hər bir kəsin haqqıdır. Amma pul qazanmaq üçün kiminsə qanını tökmək, məncə, heç bir halda olmaz.Ən əsası isə doğmalarınızın sinəsinə dağ çəkib, onları gözüyaşlı qoymayın…Elbəyi Həsənbəyli


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler