Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cinayete yol veren türk esgerlerinin bele cenaze namazı qılınmalıdır”

22 Temmuz 2016

8:56 am


22/07/2016 [12:49]: xeber –
Məlum olduğu kimi, Türkiyədə
hərbi çevriliş cəhdində iştirak edən  və
dünyasını dəyişən hərbçilərin dəfni zaman dini ayinlərin icrası qadağan edilib.
Maraqlıdır, artıq fiziki baxımdan mövcud olmayan insanların öləndən sonra belə
cəzalandırılması islam və insanlıq məntiqinə nə dərəcədə uyğundur?

Bununla bağlı
sayt-a açıqlama verən millət vəkili Fazil Mustafa dünyasını dəyişən
türk əsgərlərinin dəfni zamanı dini ayinlərin icrasından imtinanın doğru bir
addım olmadığını vurğulayıb:

“Terrorçularla digər
kateqoriyadan olan insanları eyniləşdirmək olmaz. Bu prosesdə iştirak edən
insanlar cinayət törədiblər, dövlət çevrilişinə cəhd ediblər. Bu, cinayətkar fəaliyyətdir.
Amma onların hər hansı şəkildə PKK terrorçuları ilə eyni səfdə tutulması, şəxsən
mənim fikrimcə, doğru deyil. Bu prosesdə iştirak edənlərə ağır cəza verilməlidir.
Burda heç bir problem yoxdur. Hakimiyyət belə bir addım atmaqda haqlıdır. Amma türk
dövləti qarşısında müəyyən xidmətləri olmuş insanları PKK terrorçuları ilə
eyniləşdirilməsi yanlışdır. Bəlkə ölən insanlar arasında günahsız adamlar da
var. Bəlkə də onların niyyəti darbədə iştirak etmək olmayıb. Ona görə də bu qərar
ümumiyyətlə yanlış bir qərardır. Diri insanlarla mübarizə aprılır. Ölü insanlarla
bağlı belə bir addımın atılması, onların cənazə namazının qılınmaması, mənim
fikrimcə, İslama uyğun deyil. Vəfat etmiş bütün şəxslərə qarşı eyni qaydalar tətbiq
edilməlidir. Dövlət qarşısında günahı olan insanlar buna görə öz cəzasını
aımalıdır. Artıq dünyasını dəyişən insanın dəfninin təşkil olunmaması, bu,
tamam başqa məsələdir. PKK terrorçuları ilə bağlı bu, ola bilər. Burada isə
hakimiyyət uğrunda qanunsuz mübarizədən söhbət gedir. Bu hadisəni əsas götürərək
onların cənazə namazının qılınmaması mənim insanlıq dəyərlərimə uyğun gəlmir. Bəlkə
də Türkiyədə hansısa mülahizələrə görə bunu qəbul edirlər. Lakin bu, mənə görə
doğru deyil. Hətta cinayətə yol verən türk əsgərinin belə cənazə namazı
qılınmalıdır”.

 

Seymur Əliyev 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler