Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çin milli valyutası rezerv pul vahidi statusu qazanacaq – HADİSƏ

30 Eylül 2016

11:52 am


30/09/2016 [15:47]: xeber –
sayt xəbər verir ki, Çin milli valyutası yuan, sabah rəsmən dünyada rezerv pul vahidi statusu qazanaraq ABŞ dolları, avro, yapon yeni və ingilis funt sterliqinin yanında yerini alacaq.Bir adı da “xalqın valyutası” mənasına gələn yuan, sabah Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən pul vahidləri səbətinə rəsmən daxil ediləcək. Eyni zamanda sabah Çin Kommunist Partiyası, 1949-cu ildə qurulan Çin Xalq Respublikasının müstəqillik gününü qeyd edəcək.Çin keçən il devalvasiya qərarı ilə milli valyutasının dəyərinin son altı ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olmuşdu. Bu qərar ölkədə iqtisadi artımın zəifləməsi ilə birlikdə yeni qayğılar yaratmışdır.   ABŞ-ın Maliyyə naziri Cek Lyu, cümə axşamı verdiyi açıqlamada yuanın  IMF tərəfindən pul vahidləri səbətinə daxil edilməsinin, yuanın həqiqi bir qlobal rezerv valyutası olmaqdan olduqca uzaq olduğunu deyib.Qeyd edək ki, IMF-in qlobal valyuta səbətindəki digər pul vahidlərindən fərqli olaraq, yuan əsasən Çin dövlət banklarının müdaxiləsi ilə nəzarət aldında tutulan pul vahididir. Yuanla anlıq əməliyyatlarda məzənnədə demək olar ki, dəyişiklik baş vermir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler