Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çin dünyanın en böyük radio teleskopunu teqdim etdi – FOTOLAR

26 Eylül 2016

10:04 am


26/09/2016 [14:02]: xeber –
sayt-ın məlumatına görə, Çin kosmosdakı həyatı araşdırmaq məqsədi ilə hazıladığı dünyanın ən böyük radio teleskopunun fəaliyyətə başladığını bildirib. Ölkənin rəsmi xəbər agentliyi “Şinhua”, diametri 500 metr olan “Qlobal Diafraqma Radio Teleskop”un, (FAST) Guicou əyalətindəki Pingtang qəsəbəsində işə başladığını qeyd edib. “Tienyen” (Göy Gözü) adı verilən və istehsalı bir milyard 200 milyon yuana (təxminən 180 milyon dollar) başa gələn radio teleskopun, kosmosda həyata aid izləri təyin etmək üçün işlər görəcəyi bildirilir. İnşasına 2011-ci ildə başlanan “Göy Gözü”nün, dəqiq radio siqnalı ala bilməsi üçün olduğu bölgənin 5 km radius ətrafında yaşayan təxminən 8 min adamın başqa bölgələrə evakuasiya edildiyi söylənilib. Tienyen, Porto Rikoda olan 300 metr diametrə malik “Arecibo”nu keçərək dünyanın ən böyük radio teleskopu olmaqla yanaşı, ölçü sürətinin da “Arecibo”dan 10 dəfəyə qədər daha sürətli olduğu vurğulanıb. Pekin rəhbərliyi, 2022-ci ilə qədər orbitdə kosmos stansiyası qurmağı planlaşdırır. Çin, bu hədəfinə çatarsa ABŞ və Rusiyadan sonra kosmos stansiyası quran üçüncü ölkə olacaq. Pekin rəhbərliyi bu hədəfi istiqamətində ötən ilin 15 oktyabrında kosmos modulu “Tiengong-2”-ni (Göy Saray-2) orbitə atmışdı. Çin, kosmos layihəsi çərçivəsində gələcək iki il içində Marsa da bir missiya göndərməyi planlaşdırır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler