Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ciddi addımlar atılmalıdır, çünki söhbet milletin genefondundan gedir”

06 Ağustos 2016

6:16 pm


06/08/2016 [22:12]: xeber –
Mənim mələk üzlü dostum Lalə Pedaqoji kolleci qazandı. Eşidə və danışa bilməsə də oxumaqdan və rəsm çəkməkdən vaz keçmədi. Müəllim olacaq inşallah. Amma inanıram ki, həm də gözəl bir rəssam olacaq gözəlim Lalə. İstedad, zəhmət və mələk kimi bir qəlb birlikdə olunca o insana uğurların qapısı açılır. Lalə minlərlə gəncimiz üçün ən gözəl örnəklərdən biridir. Xeyli zamandır tanıyıram Laləni. Sanki bir mələkdir. Ona qarşı qəlbimdəki sevgini sözlə ifadə etmək mümkünsüzdür. İnşallah Allahın yardımı ilə bütün arzularına çatacaq. Gözəl Laləm mənə həyatda aldığım ən gözəl iki hədiyyə də etdi. Biri çəkdiyi rəsmim, digəri isə qələmlə çəkdiyi möhtəşəm əsər. Bir daha təşəkkür edirəm əziz Laləyə bu cür qiymətli hədiyyələrdən dolayı. Lalənin anası isə mənim gözümdə ən fədakar analardan biridir. Qızının oxuması, inkişafı üçün yorulmadan onun yanında olub və çox analara gözəl bir örnəkdir. İnşallah Lalə hər zaman mutluluğu ilə üzünü güldürsün. Görüş zamanı bir məsələni ürəyi yanaraq xahiş etdi: ”Milli Məclisdə də qaldırın bu məsələni, çox yaxın qohum nikahlara icazə verməsilər. Lalənin təhsil aldığı məktəbdə oxuyanların, eşitmə və danışmaq imkanı olmayan uşaqların həyat hekayələrini dinləsəniz bunun nə qədər önəmli olduğunu bir daha görəcəksiniz”- dedi. “Mən də bilirəm bu problemin ağırlığını və Milli Məclisdə də, mətbuat və mediada da dəfələrlə bu barədə çıxış edərək çox yaxın qohum nikahların doğulan uşaqların gələcəyi üçün nə qədər böyük risk olduğunu dəfələlərlə vurğulamışam, amma sizinlə razıyam ki, artıq müvafiq qurumlar tərəfindən daha ciddi addımlar atılmalıdır, çünki söhbət millətin genefondundan gedir” – dedim.Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler