Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çevriliş cehdinin arxasında türk esgerini gözden salmaq meqsedi dayanır”

16 Temmuz 2016

9:36 am


16/07/2016 [13:35]: xeber –
 

Dünən gecə qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhd ürəyi daima
Türkiyə ilə döyünən azərbaycanlıları da ciddi narahat etdi. Ziyalılarımız  sosial şəbəkələrdə, eləcə də media qrumlarında
Türkiyədə baş verən hadisəyə münasibət bildirdilər, həmçinin narahatlıqlarını
dilə gətirdilər.

 

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı sayta
açıqlamasında qardaş Türkiyədə çevriliş cəhdinə münasibət bildirib.

 

T.Rüstəmxanlı bu hadisənin Türkiyə ordusunu zəiflətmək məqsədilə törədildiyini
qeyd edib: “Minlərlə Şəhid vermiş türk əsgəri birdən birə necə oldu ki, çevriliş
etməyə qalxdı. Bunu etmək üçün ortada indiki zamanda ciddi bir səbəb yoxdur. Mənim
müşahidəm deməyə əsas verir ki, bu əsgərə qurulmuş bir kompledir, əsgəri millətin
gözundən salaraq yıpratmaq istəyidir. Hələ bu günlərdə ki, əsgər PKK-ya və digər
terror təşkilatlarına qarşı amansız bir şavaş açıb. Görün, bu millətin vətənində
güvənli yaşaması üçün bir il ərzində 600-ə yaxın əsgər şəhid olub. Bundan 6-7
il öncə yenə də əsgəri belə bir oyuna gətirərək Erqanakon teror örgütü adı
altında nə qədər vətənpərvər general ve zabit vardısa, terorist deyə həbsə atdılar.
Sonra da Türkiyəni bölunmə və çözülmə sürəcinə soxdular, PKK-ya qarşı savaşan
general və albayların üzünə PKK-a terroristini şahid olarak qoydular və həbsə
atdılar. Ordunun daxili boşaldıldı və vətənə, dövlətə silah çəkərək üsyan edən
xainlərin önü açıldı”.

 

Baş verənlərin arxasında Fətullah Gülənin durduğunu ehtimal edən Tənzilə
Rüstəmxanlı Azərbaycanın bu hadisədən dərs alması gərəkdiyini vurğulayıb: “Yenə eyni ssenari işə salınıb, ordunu yıpratmağa çalışırlar. Fətullah
Güləni hansı güc idarə edirsə, bu hadisələri də onlar yönəldir. Çünki dövlətin
içinə qədər sızmışlar, hadisələrin bu nöqtəyə gəlməsində çözüm sürəcini
başladan, gülən adamları ilə qolqola gəzən və dövlətin önəmli məqamlarına türk
olmayan xainləri gətirən hökümətində günahı az deyil.  Türkiyəni bölərək, Cumhuriyyət rejimini
ortanan qaldırmaq istəyənlər əl birliyi ilə bu hadisələrin arxasinda duran və
xaricə bağlı güclərdir. Türkiyəni Suriyaya çevirmək istəyirlər. İnşallah türk
milləti oynanan bu çirkli oyunları pozar və dövlətinə sahib çıxar. Azərbaycanın
da bu hadisələrdən dərs alması gərəkir, çünki bir sürü gülənçilər bizdə də önəmli
məqamları tutublar, bir an öncə onların təmizlənməsi gərəkir. Allah Türkiyəmizin
yardımçısı olsun, hər əsgəri çevriliş Türkiyəni 50 il geri atar, hələ belə bir
hadisə xarici qüvvələrə bağlıysa, ölkənin fəlakəti olar. Allahım Türkiyəni
qorusun”.

Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler