Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çevremizde, dünyamızda o qeder axmaqlıqlar baş verir ki…”

12 Ağustos 2016

8:24 pm


13/08/2016 [00:23]: xeber –
Bəzi dostlar yazırlar ki, bəzi hadisələrə münasibət bildirərkən “axmaqlıq” bənzətməsini çox işlədirsiniz. Qeydlərimi bir daha nəzərdən keçirdim və gördüm ki, çevrəmizdə, dünyamızda o qədər axmaqlıqlar baş verir ki, daha bunun azlığına, çoxluğuna baxmadan işlətməli olursan. Məsələn, iki Azərbaycan xanım müğənnisini, yəni Azərin və Tünzalə Ağayevanı ittiham edirlər ki, niyə Fətullah Gülənin şeirinə yazılmış mahnını oxumusunuz? İndi deyin görüm bunun adına axmaqlıqdan başqa nə demək mümkündür? Bu barədə “Yeni Müsavat”ın müxbiri də soruşub, cavablandırmışam. Əvvəla ittiham o zaman irəli sürülə bilər ki, həmin mahnıda terrora çağırış, anayasa quruluşunu dəyişməyə, şiddətə, zorakılığa çağırış olsun! Varsa, gəlin birlikdə ittiham edək. Yoxsa, özlərinə görə auditoriyaları olan bu sənət adamlarını niyə sıxma-boğmaya salırsınız? Adamlar ovcunun içini iyləmişdilər ki, nə zamansa Fətullah Gülən Türkiyədə dövlət çevrilişinə qarışacaqdı? Bir zaman Nazim Hikmətin əsərləri Türkiyədə yasaqlanmışdı, buna görə kimsə Nazimin gözəl şerlərinə musiqi bəstələyib oxumamalıydı? İndi Azərbaycanda mahnı yazan müəyyən vəzifəli şəxslər var, onların da mahnılarını əksər müğənnilər oxuyurlar, Allah göstərməsin, hansısa vəzifədən getdi, yaxud həbs olundu, onların mahnılarını oxumaqlarına görə müğənniləri bir-bir sıraya düzüb ittiham edəcəksiniz? Türkiyədə davam edən bu kampaniyaçılığı kimlərsə süni şəkildə Azərbaycana köçürməyə çalışır, ancaq anlamaq istəmirlər ki, hər bir işin üzərində əlahəzrət hüquq durmalıdır. Kimlər çevrilişdə iştirak edibsə, həbs edin, kimlər maddi və mənəvi dəstək veribsə, cəzalandırın, ancaq məsuliyyəti konkret əməli törədən şəxslər daşıyır, onların şeirləri,mahnıları yox!!! Əgər o şeirlərdə kriminal bir çağırış yoxdursa, müğənnini kimsə ittiham edə bilməz ki, niyə bu mətni seçmisən? Azərin də, Tünzalə Ağayeva da istedadlı müğənnilərdir və bu cür yollarla sənət adamlarına belə stress yaşatmaq doğru deyil. Qaldı ki, axmaqlıq sözünün çox işlədilməsinə, bəlkə oxuyanlar daha uyğun ifadə tapa biləcəklər, o halda təklifləri dəyərləndirib bu bənzətməni nadir hallarda işlətməyə çalışaram.Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler