Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çernobıl elilleri Parlamente hücum etdi – Foto

02 Kasım 2016

10:24 am


02/11/2016 [14:20]: xeber –
sayt xarici mediaya istinadən xəbər verir ki, Ukraynada 1986-ci ildə baş vermiş Çernobıl faciəsindən sonra xilasetmə işləri apararkən sağlamlığını itirmiş əlillər etiraz aksiya keçiriblər. Aksiya keçirən əlillərin əsas tələbi isə sosial təminatlarının artırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi olub. Bu səbəbdən etiraz edən əlillər parlament binasına girməyə çalışıblar. parlament binasına girmək istəyən Çernobıl əlilləri ilə polis arasında münaqişə yaşanıb, polislər kütləvi halda Ukrayna Parlamentinə girmək istəyən aksiya iştirakçılarının qarşısını alıb.  Çernobıl faciəsində zərər görən vətəndaşların qanuni sosial təminatlarının təmin olunmasını tələb edən əlillər Parlament üzvlərini istefaya çağıran şüarlar səsləndiriblər. Parlament sədri Andrey Parubiy ilə görüşmək istəyən aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələrinin arasında dava-dalaş yaşanıb. Qeyd edək ki, Ukraynanın Kiyev şəhərinə bağlı Çernobıl AES-də 1986-ci ildə XX əsrin ilk böyük nüvə partlayışı baş verib.  Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler