Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cerablus emeliyyatı sübut etdi ki, türk ordusu esla zeiflemeyib”

25 Ağustos 2016

8:24 am


25/08/2016 [12:20]: xeber –
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi anti-İŞİD əməliyyatı nəticəsində
Cerablus şəhərini terrorçularda azad etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə
izlənilməkdədir. Bir sıra aspektlərdən mühüm özəlliklər sahib olan bu əməliyyatın
ən mühüm xüsusiyyətlərindən biri bütöv bir şəhər və ətrafdakı kəndlərin bir nəfər
də olsun itki vermədən azad edilməsidir.

Məlum əməliyyatla bağlı sayt-a açıqlama verən “Hərbi
Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə
görə, bu əməliyyat Gülən tərəfdarları ilə bağlı ciddi təmziləmələrə məruz qalan
türk ordusunun öz güc və qüdrətindən heç nə itirmədiyini göstərdi:

“Bu əməliyyat sübut etdi ki, türk ordusunun gücü əsla zəifləməyib.
Doğrudur, ordunun gözdən salınması kampaniyası bir qədər uzandı. Lakin bu əməliyyat
sübut etdi ki, türk ordusu elə türk ordusudur. Türk ordusu ABŞ-dan sonra
NATO-nun ən böyük gücüdür. Onun tərkibi uzun illər ərzində ağır təlimlər görmüş
peşəkarlardan ibarətdir.

Türkiyə ordusu bu əməliyyat zamanı ağıllı taktika işlətdi. İŞİD-in əsas
bazaları, qərargahları əvvəlcədən müəyyən edildi və sonra hava zərbələri ilə məhv
edildi. Bundan sonra pərakəndə İŞİD-çilər asanlıqla şəhərdən çıxarıldı. Bu, əvvəlki
illərdən xeyli fərqli taktika idi.

Hesab edirəm ki, türk ordusunun uğurları davamlı olacaq və onlar
qarşılarına qoyduqları bütün məqsədlərə çatacaqlar”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler