Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cenubi Qafqazın en böyük bankında rasional idareçilik deyil, talançılıq olub”

03 Eylül 2016

4:56 am


03/09/2016 [08:55]: xeber –
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ittihamlarına cavab olaraq, Maliyyə Nazirliyinin son açıqlaması bir çox kölgəli məsələlərə işıq salır. Bu açıqlamadan bəlli olur ki, Beynəlxalq Bank 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər yaxınlarından ibarət olan hüquqi və fiziki şəxslərə zəmanətsiz 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro verib, ölkədən 3,7 milyard dollar, 1,1 milyard avro çıxarıb. Bu o deməkdir ki, ölkədə 6 il ərzində nə bank-maliyyə nəzarəti, nə də valyuta-gömrük nəzarəti sistemi işləməyib, bu funksiyaları həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi və gömrük orqanları üzərinə düşən adi vəzifələrini belə icra etməyiblər, beləliklə də Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqəsdyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin “onurğa sütunu” zədələnib.Belə faktlar sivil ölkələrdə açıqlansaydı, ilk növbədə maliyyə-bank, valyuta nəzarətinə məsul olan bütün orqanların rəhbərləri istefa verər və onlar dərhal məsuliyyətə cəlb olunardı. Bəlkə də bu illər ərzində 3,7 milyard dollar, 1,1 milyard avro ölkədən çıxarılmasaydı, eləcə də milyardlarla manat kredit zəmanətsiz verilməsəydi hazırda milli valyutanın durumu bu dərəcə acınacaqlı olmazdı.Qubad İbadoğlu, iqtisadçı alim


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler