Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cenubi Koreya ve ABŞ birge herbi telim keçirir

22 Ağustos 2016

4:04 am


22/08/2016 [08:01]: xeber –
Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu “Ulji Freedom Guardian” adlı birgə hərbi təlimlərə başlayıb. APA-nın Renhap agentliyinə istinadən verdiyi xəbərə görə, irimiqyaslı hərbi təlimlərdə 25 min ABŞ və 50 min Cənubi Koreya hərbçisi iştirak edir. Təlimlərə həmçinin Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Fransa, İtaliya, Filippin, Böyük Britaniya və Yeni Zelandiya hərbçiləri cəlb edilib. Təlimlər sentyabrın 2-dək davam edəcək. Rəsmi Pxenyan, öz növbəsində,  təlimləri “təxribat” adlandırıb və ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edərək nüvə zərbəsi endirəcəyi ilə hədələyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler