Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cenub qütbü uğrunda mübarize…

06 Kasım 2016

3:00 pm


06/11/2016 [18:58]: xeber –
İyirminci əsr artıq heç bir sirri qalmayan dünyaya baxırdı. Bütün ölkələr tədqiq edilib,  ən uzaq dənizlərdə belə gəmilər üzür,  heç kəsə məlum olmayan torpaqlar Avropaya qul kimi xidmət edir, hətta Amazon çayının ətrafındakı meşələr qırılıb, yeganə “bakirə ölkə” Tibetin də “kəməri belindən açılmışdı”. Amerika qitəsinin kəşfindən sonra yeni torpaqlar tutmaq həvəsi Avropalıları dünyanın dörd bir yerinə səyahət etməyə təşviq etdi. Qədim dünya xəritələri və qlobusdakı “naməlum yer” sözləri bacarıqlı əllər tərəfindən silindi.Şimal və cənub qütblərini fəth etmək həvəsi çox səyyahın ağlını başından almışdı. Artıq ayrı-ayrı cəsarətli şəxslərin ideyalarına millətlərarası rəqabət də qoşulmuşdu. Onlar təkcə qütblər uğrunda deyil, həm də yeni tapılmış torpaqlara “bayraq sancmaq” uğrunda mübarizə aparırdılar. Bütün millətlərin, irqlərin həsrətində olduqları “müqəddəs torpaqlara” səlib yürüşü başlandı. Bəşəriyyət səbirsizliklə gözləyir, bilir ki, yer üzünün son sirri uğrunda mübarizə gedir. Amerikadan Pere və Kuk Şimal qütbünə üz tuturlar, cənuba isə iki gəmi yol alır. Biri norveçli Amundseni, digəri isə ingilis kapitan Skotu aparır.  Robert Skott ingilis donanmasının sıradan bir kapitanı olmuşdur. Həmişə rəhbərlərinin xoşuna gəlib, sonralar Şekltonun ekspedisiyasında iştirak edib.  Heç bir qəhrəmanlığı, hər hansı bir işdə seçilməsi qeydə alınmayıb. Şəkildən də aydın görünür ki, soyuqqanlı, sifətinin bircə əzası belə tərpənməyən, bütün zahiri və daxili enerjisi simasında cəmləşən, orada donmuş minlərlə, on minlərlə ingilisdən biridir. Bu simada yumordan, romantikadan əsər-əlamət belə yoxdur, orada görünən yalnız möhkəm iradə və sağlam  düşüncə tərzidir. Skotun iradəsi polad kimi möhkəmdir, O Şekltonun başladığı işi sona çatdırmaq istəyir. Tezliklər ekspedisiya düzəldir, bu işin uğrunda bütün var-yoxunu qurban verir, nəticədən əmin olduğu üçün böyük bir yükün altına girir. Tezliklə dostlar, silahdaşlar tapılır. Beləliklə, Skott və onun ekspedisiya üzvləri 1910-cu ildə İngiltərəni tərk etdilər. Yeni Zelandiyada azacıq dincələndən sonra yanvar ayında Kap Evensdə lövbər salıb qışı keçirmək üçün özlərinə ev salırlar. Orada dekabr və yanvar ayları yay ayları hesab olunur, çünki yalnız ilin bu çağlarında Günəş bütün sutkada dümağ, metal rəngli səmada parıldayır. Bu arada xırda para hazırlıq işləri də görülür. Motorlu kirşələri sınaqdan keçirir, xizək sürmək öyrənir, itləri əhilləşdirirdilər. Onlar səyahət zamanı Amundsenin qışlamış olduğu evi görmüşdülər. Skott qəflətən hiss edir ki, qar–buzdan, təhlükələrdən başqa bir nəfər də onun şöhrətini şübhə altına salacaq, yəni kimsə ondan əvvəl bu inadkar torpağın sirrinə vaqif olacaq. Norveçli Amundsen! Xəritədə ölçüb-biçməyə başlayır. Apardığı qeydlərdən onun dəhşətə gəlidiyi hiss olunur və belə məlum olur ki, Amundsenin qışladığı qərargah qütbə onunkundan düz yüz on kilometr yaxında qurulubmuş. Skott diksinir, amma ruhdan düşmür. Qürurla öz gündəliyinə yazır: “ Ölkəmin şərəfinə irəli!!” Qütbə doğruQabaqda motorlu xizəklər şütüyür, arxasında da Sibir atları və itləri qoşulmuş kirşələr gedir. Plan  çox ustalıqla yazılıb, hətta uğursuzluqlar da xırdalıqlarınacan nəzərə alınıb. Amma çatışmazlıqlardan da xali deyil. İki gün yol gedəndən sonra motorlu xizəklər sıradan çıxır. Atlarda onlara bəslənmiş ümidləri doğrultmur, ancaq bu dəfə canlı təbiət cansız mexanikayla yarışda zəfər çalır, çünki yolda yıxılıb qalan atlar güllələnir və itlər üçün təzə,“qanı üstündə olan” yemə çevirilir. 1911-ci il noyabrın 1-də onlar ayrı–ayrı dəstələrə bölünürlər. Əvvəlcə otuz, sonra iyirmi, daha sonra on, lap axırda beş-altı nəfərlik insan karvanları dumağ, kimsəsiz buz səhraları ilə  getdirlər.  Yol getdikcə çətinləşir, çünki burada qar xarlanıb, dənə-dənədir, kələ-kötürdür, xizəklə sürüşmək əvəzinə onu arxalarıyca sürüyüb aparmalı olurlar. Ancaq onlar təslim olmurlar. Dekabrın 30-da 87-ci en dairəsinə, Şekltonun fəth edə bildiyi son nöqtəyə çatırlar. Sonuncu dəstə buradan geri qayıtmalıdır, yalnız beş nəfər seçimlə qütbə gedə bilər. İki balaca dəstə yola düzəlir: biri cənuba- naməlum yerə gəlir, o biri isə şimala -vətənə qayıdır. Onlar da, bunlarda tez-tez geri boylanır, dostlarının hələdə yanlarında olduqlarını hiss edirlər. Nəhayət, bir-birilərini gözdən itirilər. Skotun gündəliyində yazılıb: “Əhval-ruhiyyəmiz çox yüksəkdir. Səhər həmişəkindən tez oyanırlar. Səbirsizlik onları yataq torbalarından dartıb çıxarır. Dəhşətli dərəcədə gözəl olan o sirri tez, lap tez görmək lazımdır. Artıq məqsəddən yan keçmək mümkün deyil və bəşəriyyət naminə olan bu qəhrəmanlıq demək olar ki, həyata keçib”. Skott qət olunan məsafələri həyəcanla qeyd edir:“Qütbə hələ yüz əlli kilometr qalıb, əgər belə davam etsə, tab gətirə bilməyəcəyik”. Necə yorulduqları bu cümlədən bilinir. İki gün sonra: “Qütbə hələ yüz otuz yeddi kilometr qalıb, amma bu bizim üçün çox çətin olacaq”. Lakin qəflətən qələbə ruhu hiss olunur.“Qütbə doxsan dörd kilometr qalıb, ora çata bilməsək də əməlli-başlı yaxınlaşmış oluruq”. Yanvarın 14-də ümid əminliyə çevrilir. “Yetmiş kilometrdə getsək məqsədə lap yaxınlaşmış oluruq”.  Sonrakı günlərin qeydlərindən artıq sevinc, yüksək əhval-ruhiyyə duyulur. “Əllicə kilometrdən az, miskin bir məsafə qalıb. Nəyin bahasına olur-olsun onu dəf etməliyik”. Bu həyəcan dolu sətrlər adamı riqqətə gətirir, nə qədər gərginlik keçiriblər, nə qədər həsrət içində qovrulublar, əsəbləri tarıma çəkilib, ümidlə gözləyiblər, səbr kasaları daşıb. Qənimət lap yaxındadır, əlləri artıq yerin son sirrinə doğru uzanır.. Son dəfə bütün gücünü toplamaq və məqsədə çatmaq qalır! Qəflətən yolçulardan biri – Bauers narahat olur. Gözləri ucu-bucağı görünməyən bu qarlı biyabanda balaca, qara nöqtəyə ilişib qalır. Ağlına gələni dilinə gətirməyə cəsarət etmir, ancaq hamısının beynində dolaşan bu qorxunc fikir ürəkləri titrədir: bəlkəinsan əlləri ilə basdırılmiş yol göstəricisidir? Əsəbləri tarıma çəkilə-çəkilə ona yaxınlaşırlar və artıq məsələni başa düşdükləri üçün bir-birilərini inandırmağa çalışırlar ki, səhv eləyiblər. Ancaq bilirlər ki, norveçli Amundsen onları qabaqlayıb. Tezliklə kirşə dayaqlarına bərkidilmiş qara rəngli bayraq, nə vaxtsa burada salınmış düşərgənin qalıqları, atılmış xizək hissələri və nəhayət itlərin ləpirləri onların son ümidlərinidə sındırır: Amundsen burada düşərgə salıbmiş. Deməli, bütün gərginliklər əbəs, bütün bu məhrumiyyətlər gülünc, həftələrin ayların, illərin ümididə mənasız imiş. Skot öz gündəliyində qeyd edir: “ Hamısı puça çıxan xəyallar imiş”. Daha bir-birilərinə təsəlli verməyə çalışmırlar, səssiz-səmirsiz, ayaqlarını sürüyə-sürüyə qütbə tərəf irəliləyirlər. Yanvarın 18-də kapitan Skot öz yoldaşları ilə birlikdə qütbə çatır. Onların qütbdə kəşf etdikləri yeganə qəribəliyi də təbiət özü deyil, onlara düşmən kəsilən insan əlləri yaratmışdı. Amundsenin çadırı və dalğalanan Norveç bayrağı…Skot kədər içində ingilis bayrağını Amundsenin zəfər rəmzinin yanında basdırır. Sonra bu vəfasız torpağı tərk edirlər, arxalarınca soyuq küləklər əsir. Skott ürəyinə daman şübhələri öz gündəliyində belə yazır:“ Geri qayıtmaq barədə düşünəndə məni vahimə basır”.Geri qayıtmaq çox çətin idi, iradə artıq sınmışdı. Skotun həmin günlər barədə yazdıqlarını oxuyanda adamı dəhşət bürüyür. Hava getdikcə pisləşir, qışda həmişəkindən tez gəlib, yumşaq qar ayaqqabıların altında xırçıldayır, onları tələ kimi özünə çəkir. Keçirdikləri qorxu hissi gündəlikdə əks olunub, hiss olunur ki, Skott qorxunu dəf etməyə çalışır. Beş nəfərdən cəmi üçü sağ qalıb, bu üç nəfər yorğun, əldən düşmüş adamlar ucu-bucağı görünməyən buz səhrası ilə sürünə-sürünə irəliləyir.Hava getdikcə lap pisləşir, hər komaya çatdıqda ümidləri birazda azalır: yanacaq az, istilik az… Martın 21-də komadan  iyirmi kilometr aralanandan sonra şimal küləyi elə şiddətlənir ki, qaldıqları çadırdan çıxa bilmirlər. Nəhayət 29-da başa düşürlər ki, artıq onları heç bir möcüzə xilas edə bilməz. Qərara alırlar ki, taleyə qarşı bircə addımda atmasınlar, ölümüdə başqa bədbəxtliklər kimi məğrur qarşılasınlar. Beləliklə, yataq torbalarına girirlər və onların son iztirabları, iniltiləri gəlib bu dünyaya çatmır. Stefan Svergin  “ Cənub qütbü uğrunda mübarizə” əsərinə istinadən. Osman Eminov 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler