Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cennetden gelen mektublar”-ın teqdimatı keçirilib – Fotolar

28 Ağustos 2016

12:16 pm


28/08/2016 [16:14]: xeber –
Sumqayıt şəhər S.Vurğun adına  Mərkəzi kitabxanada Şabran şəhər Xəqani adına Poeziya evinin direktoru, şairə  Aybəniz Əliyarlının “Cənnətdən gələn  məktublar” adlı kitabının təqdimatı keçirilib.Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətinin sayta verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Ə.Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı Aybəniz Əliyarlının yaradıcılığı haqqında məlumat verib.Daha sonra tədbirdə iştirak edən şairlər Əşrəf Şəfiyev, Sabir Sarvan, Ramiz Qusarçaylı, Ofelya Babayeva, Şahməmməd Dağlaroğlu, Əkbəır Qoşalı, Dəyanət Osmanlı, Sumqayıt şəhər S.Vurğun adına  Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək şairəni təbrik edib, xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıblar.Sonda Aybəniz Əliyarlı çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib, şeirlərini ifa edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler