Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cengaver kişileri qan gölünde boğan dünyanın ilk qadın hökmdarı – O, bir türkdür

08 Eylül 2016

7:12 am


08/09/2016 [11:10]: xeber –
Əsl adı Dəmir olan, lakin antik yunan tarixçilərinin Tomiris və Demurus deyə adlandırdıqları bu qadın, Peçenek türklərindəndir.Tomiris haqqında əsas məlumatı Herodot özünün “Tarix” əsərində verib. Beləliklə Publika.az dünyanın ilk qadın hökmdarı olan Tomiris haqqında yazını təqdim edir. VI əsrdə Massagetlərin şahı qətlə yetirilərək onun dul qadını Tomiris hakimiyyətə gəlir. O, e.ə. 570-520-ci illərdə hakimiyyətdə olur. Hakimiyyətdə olduğu dövrdə fars imperatoru Kir Skif torpaqlarını ələ keçirmək üçün Tomirislə evlənmək istəyir. Ancaq, Tomiris olduqca ağıllı, güclü bir hökmdar idi və Kirin planını çox yaxşı anlayırdı. Odur ki, Kirə rədd cavabı verir. Bununla isə o, iki ölkə arasında döyüşün başlanmasına yol açır. Kir nə qədər hücuma keçsə də yandırılmış torpaqlardan başqa bir şey tapmır, çünki Skiflər davamlı geri çəkilərək uyğun anı gözləyirdilər.Skifləri qovmaqdan bezən Kir böyük bir ordu toplayaraq təkrar Skif torpaqlarına hücum edir. Bu orduda döyüş üçün təlim keçmiş yüzlərlə it də var idi. Tomris artıq qaçmağın faydasız olduğunu anlayıb döyüşə uyğun ərazidə Kirin ordusunu gözləməyə başlayır. Nəhayət Kirin ordusu gəlib çıxır, lakin günəş batdığı üçün döyüşə baş vermir.Qürub çağı olduğu üçün hər iki tərəf döyüşə səhər erkəndən başlamaq qərarı alır. Ancaq gecə Kir hiyləyə əl ataraq Tomrisin oğlunu şərabla zəhərləyərək öldürür. Tomris oğlunun ölümünə çox üzülür və bir an öncə intiqam almaq istəyir. “Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəldiniz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. Amma günəşə and içirəm ki, səni qanla doyuracağam!”Əmisi Alp Ər Tonqaya xaincəsinə işgəncə verməsini, yeni ölən oğlunun ağrısını, millətinə və yurduna duyduğu sevgisini birləşdirib bu vuruşa şəxsən daxil olan Tomrislə Kir arasında çox dəhşətli döyüş oldu. Tomirisin qələbəsi ilə bitən döyüşdə Kirin kəsilmiş başını qan dolu torbaya ataraq “Həyatında qan içməyə doymamışdın, indi səni, qanla doydururam!- deyərək intiqamını alır.Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı isə onun adı bizə bəlli olmayan əri tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı.Belə ki, massagetlər əvvəlcə Midiya dövlətinə tabe edilər. Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular. Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdu.Tomris adı hazırda da qız uşaqlarına ən çox verilən addır. Bu isə deməyə əsas verir ki, indi də türk qadınında Tomris instinkti, vətən sevgisi və analıq duyğusu olduqca qüvvətlidir!(publika.az) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler