Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cenab şair” – Genc şairden yeni kitab

01 Temmuz 2016

4:12 pm


01/07/2016 [20:11]: xeber –
Gənc istedadlı şair Yusif Nazim Ərəbsoyun “Cənab şair” adlı kitabı çap olunub. “Cənab şair” Yusif Nazim Ərəbsoyun sayca 2-ci kitabıdır. Kitabın bu cür adlandırılmasını kitabın annotasiyasında müəllif belə izah edir:“Adətən, rəsmilərə – prezidentə, nazirə, hərbi rütbəlilərə “cənab” (eyni zamanda konfrans iştirakçılarına da “cənablar” deyə) müraciət olunur. Lakin, zamanın sınağından qalib çıxan böyük şairlərimizə, məsələn, Cənab Füzuli, Cənab Seyyid Əzim, Cənab Sabir, Cənab Şəhriyar, Cənab Hüseyn Cavid və s. (həmçinin böyük yazıçılara) deyə müraciət olunmasına rast gəlinmir. Odur ki, kitabın bu cür adlandırılması təəccüb doğurmasın.Cənablardan muğayət olun, cənablar”.Birinci kitabda olduğu kimi, bu kitabda da şairin satirik və digər şeirləri, fəlsəfi və dünya görüşünü əks etdirən aforizmləri dərc olunub. Qeyd edək ki, şairin “Şou dünya”adlı ilk kitabı isə, 2014-cü ildə işıq üzü görüb.Yusif Nazim Ərəbsoy, öz təbirincə desək, 1988-ci il oktyabrın 10-da Azərbaycanda adsız dünyaya gəlib. Nə vaxt, harada və necə dünyadan qayıdacağı məlum deyil. Dəqiq bəlli olan budur ki, o dünyadan ağır günah yüküylə gedəcək. Bu dünyaya isə, kirayə haqqı olaraq, kitablarını vermək niyyətindədir. Ümumrespublika üzrə elan olunmuş “Vətənin pərvəri ol” müsabiqəsində “Sərçə sevgisi” adlı şeri I yerə layiq görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.sayt olaraq biz də gənc dsotumuza yaradıcılığında uğurlar arzulayırıq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler