Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cemiyyetde radikal müxalifetin nüfuzu artmaqdadır”

19 Eylül 2016

12:16 pm


19/09/2016 [16:15]: xeber –
VİP sədri Əli Əliyev sayt-a açıqlamasında
müxalifətin sentyabrda keçirdiyi aksiyaları dəyərləndirib. Ə.Əliyev bu
aksiyaların müxalifətin artan gücündən və nüfuzundan xəbər veridyini söyləyib:

“Mən bu aksiyaları müxalifətin son 4-5 ildə
keçirdiyi ən təsirli tədbir kimi qiymətləndirirəm. Eyni təşkilatların eyni rəhbərlərinin
son iki ildə keçirdiyi tədbirlər bu qədər effektiv olmamışdı. Bu, cəmiyyətin
müxalifətin tərəfdarlarnın artmasının, vəziyyətinin yaxşılaşmasının göstəricisidir.
Başqa sözlə desək, bunu dövlət orqanlarındakı korrupsiyanın, aşkar edilən
qanunsuzluqların, eybəcərliklərin cəmiyyətə yansımasının nəticəsi kimi də dəyərləndirmək
olar.

Mən bu akisyaları normal qiymətləndirirəm. Müxalifətin
sıxışdırılması, hakimiyyətin seçki prosesindən imtina etməsi və s. şəraitində
belə tədbirlərin keçirilməsi cəmiyyətdə müxalifətin artan nüfuzunun göstəricisidir.
Bu, cəmiyyətdə radikal müxalifətin nüfuzunun artmasını, bunun bri tendensiyaya
çevrilməsini göstərir. Bu, radikal müxalifət cameəsinin son illər ərzində əldə
etdiyi uğur kimi qiymətləndirilməlidir”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler