Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çemenzeminlinin sürgünden ailesine yolladığı yegane mektubdakı DƏHŞƏT…

14 Eylül 2016

8:44 pm


15/09/2016 [00:42]: xeber –
Böyük yazıçı və ictimai xadim Yusif Vəzir Çəmənzəminli 1938-ci ildə repressiyaya məruz qalıb sürgünə göndərilir. Soyuq Qorki vilayətindəki həbs düşərgəsinə göndərilən ədibin səhhətindəki problemlər durmadan şiddətlənir. Onsuz da, repressiyaya qədər yaşadığı acınacaqlı həyatın ona “bəxş etdiyi” bir neçə xəstəlik var idi. Amma talesiz yazıçıya ən çox əzab verən isə ailəsinin müqəddəratından xəbərsiz qalması idi. Ailəsi ondan sonra xeyli çətinliklərlə üzləşir. Bir neçə şəhərdə yarıac-yarıtox yaşamalı olur. Amma bütün çətinliklərə baxmayaraq, ailəsi 1941-ci ildə Çəmənzəminliyə məktub yollaya bilir ki, həmin məktub yazıçı üçün böyük təsəlli  mənbəyi olur. Ən azından ailəsinin sağ olmasını və bir damın altında yaşadığından xəbərdar idi.  Ondan sonra Çəmənzəminli ailəsinə cavab məktubu yazır. Lakin məktub ailəsinə çatmır. Çünki həyat yoldaşı Bilqeyis üç azyaşlı oğlu ilə birlikdə məcburiyyət qarşısında qalaraq Bakını tərk etməli olur. Gənc qadın üç uşağını da götürərək qardaşı Fərhad Acalovun köməyi ilə əvvəlcə Qubaya, sonra isə Dərbəndə gedib bir müddət bu şəhərlərdə qalır. 1943-cü ildə Dərbənddən Bakıya qayıdan Bilqeyis xanım anası Kiçikxanımın evinə gəlir. Çəmənzəminlinin bütün arxivini qoruyub saxlayan Kiçikxanım onun ailəsi yazıçının 1941-ci ilin 20 dekabr tarixli məktubunu təqdim edir. Bu məktub ailəsinin Çəmənzəminlidən aldığı sonuncu məktub, onun sağ qalmasını göstərən sonuncu işarət idi.sayt məzmunca qısa olmasına baxmayaraq, alt qatında böyük ağrının gizləndiyi həmin məktubu təqdim edir:“Əziz Bilqeyis.Mən sağ və salamatam. Yeganə xiffətim sənin və uşaqların xiffətidir. Səbrim tükənib! Nə vaxt tale bizi qovuşduracaq?! Əgər imkan varsa, yazın və çalışın ki, bağlama göndərməyə icazə versinlər. Əgər icazə versələr, bu mənə çox böyük kömək olar, ələlxüsus papiros barədə…Sizin hələ yayda yazdığınız məktubları indi almışam. Çox şad oldum ki, uşaqlar sağ və salamatdırlar və yaxşı oxuyurlar. Səhhətinizi qoruyun. Qohumlara və tanışlara salam deyin. Bərk-bərk öpürəm sizi.Bütünlüklə sənin, Yusif”Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler