Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabadda üzüm yığımı başladı – Fotolar

23 Temmuz 2016

9:36 am


23/07/2016 [13:34]: xeber –
Ölkənin cənub rayonlarından olan Cəlilabadda əkin üçün demək olar ki, bütün şərait var. İlk növbədə isə əkinəcək üçün rayonun torpağı çox əlverişlidi. Taxılı, kartofu, çiyələyi ilə məşhur olan rayonda bu dəfə üzüm yığımı da başlayıb. sayt – ın Cəlilabadda olan əməkdaşı üzüm sahələrində olaraq sahibkarlarla söhbət edib.Bir neçə ildir ki, üzümçülüklə məşğul olan rayon sakini Araz Hüseynov bildirib ki, rayonda üzüm yığımı iyul ayının 15 – dən sonra başlayır və bu yığım avqust ayının sonuna kimi davam edir. Araz Hüseynov bildirib ki, sahələrdə Fransadan gətirilən ştillər becərilir. Onlardan “Prima”, “Dallas”, “Ora”, “Sentinial” və “Kardinal” sortları yetişdirilir. Hal – hazırda paytaxta göndərilən üzümün bir klosunun satışı 40 qəpikdi. Sahibkar bildirib ki, üzümü yaxşı becərə bilsən, bir hektara 60 ton üzüm yığmaq olar. Yox, əgər yaxşı becərə bilməsən, 30 – 35 ton üzüm yığmaq olar.Vasif Əlihüseyn




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler