Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabadda müellimlerin enenevi sentyabr konfransı keçirildi – Fotolar

08 Eylül 2016

2:40 pm


08/09/2016 [18:37]: xeber –
8 sentyabr 2016-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etmişlər.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəlilabad rayonuna etdiyi tarixi səfərlərinin əks olunduğu filimə baxıldı. Konfransı giriş sözü ilə Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov açaraq müəllimləri təbrik edib konfransın işinə uğurlar arzuladı. RİH başçısı rayon təhsilinin bəzi məqamlarına toxundu, bu sahədəki uğurlardan danışdı. Göstərdi ki, ölkədə olduğu kimi Cəlilabadda da hər il yeni məktəblər tikilib istifadəyə verilir, bəziləri əsaslı təmir olunur.Cəlilabadın iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. İcra başçısı Əziz Əzizov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Ölkə rəhbəri tərəfindən ardıcıl olaraq təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Son illər rayonumuzda 40-a artıq məktəb binası yeni tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Hazırda 180 yerlik İncilli kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə başa çatdırılmışdır. Həmin məktəb binası yeni tədris ilində istifadəyə veriləcəkdir.Bu diqqətin nəticəsində təhsil uğurları daha da artmalıdır. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 318 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 11 nəfər 600-dən yuxarı, 58 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur.Mən yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.Ali məktəblərə qəbul sahəsində rayonumuzun təhsil müəssisələri məzunlarının qazandıqları nailiyyətlər, irəliyə doğru müsbət addımlar və irəliləyiş həm müəllimlərimizin dərs ili ərzində gördükləri səmərəli təlim işinin məntiqi nəticəsi, həm də qəbula hazırlıqla əlaqədar RTŞ-nın həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin faktik yekunu kimi dəyərləndirilməlidir.Təhsil şöbəsinin müdiri Elminaz Nadirova 2015-2016-cı dərs ilinin yekunları və 2016-2017-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etdi. O, göstərdi ki, 2015-2016-cı dərs ilində rayonda 125 ümumtəhsil məktəbi, o cümlədən 14 ibtidai, 37 ümumi orta və 74 tam orta məktəb fəaliyyət göstərir.Rayonun ümumtəhsil məktəblərində 3062 nəfər müəllim fəaliyyət göstərir. Bunlardan 2572 nəfər ixtisas müəllimi kimi fəaliyyət göstərir, qalanları isə rəhbər pedaqoji kadrlardır.Göstərilən müddət ərzində məktəblərdə 27615 şagird, o cümlədən I-IV siniflərdə 11413, V-IX siniflərdə 12612, X-XI siniflərdə 3590 şagird təhsilə cəlb edilmişdir. Keçən dərs iliilə müqayisədə 212 nəfər şagird artımı olmuşdur. Rayon üzrə orta şagird sıxlığı 15,5 nəfər, müəllim-şagird nisbəti 10,7-dir.Hazırda məktəblərdə 29437 şagird yeri, o cümlədən ibtidai məktəblərdə 585, ümumi orta məktəblərdə 5536, tam orta məktəblərdə 23336 şagird yeri vardır. 74 fizika, 33 biologiya, 55 kimya, 54 ana dili və ədəbiyyat, 60 riyaziyyat, 54 tarix, 31 coğrafiya, 12 xarici dil(linqafon), 7 informatika, 6 çağırışaqədərki hazırlıq kabineti, cəmi 386 fənn kabineti, 103 laboratoriya fəaliyyət göstərir. 105 məktəbdə 709 kompyuter vardır. Ümumtəhsil məktəblərində 59 komputer sinfi, 24 tədris emalatxanası, 25 akt zalı, 30 idman zalı, 7 tir, 860 hektar tədris-təcrübə sahəsi, 505 yerlik 23 bufet, 16 yerlik 1 yeməkxana, 120 kitabxana vardır. Kitabxanalarda 560000 nüsxə kitab saxlanılır ki, onun 306000-i dərslikdir. 34 məktəbin binası birtipli layihə əsasında tikilmiş, 55 məktəb uyğunlaşdırılmış, 37 məktəb qəzalı isə yararsız binalarda yerləşir. 15 məktəbin su xətti və 11 məktəbin istilik sistemi mövcuddur.Rayonun bütün ümumtəhsil məktəbləri daxili imkanlar hesabına cari təmir olunaraq yeni dərs ilinə hazırlanmışdır. Rayonda 5 məktəbdənkənar tərbiyə müəssisəsi (Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Məktəbi və Şahmat Məktəbi) fəaliyyət göstərir. Bu müəssisələrin 88 dərnəyinə 1295 uşaq cəlb edilmişdir.Elminaz Nadirova bildirmişdir ki,Cəlilabad rayonunun təhsil işçiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Təhsil sahəsində məqsədli proqramlarının və “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsində, dövlətin təhsil siyasətinin yerinə yetirilməsində başlanmış müsbət işləri daha artıq səy və intensivliklə davam etdirəcək, qarşıya qoyulmuş vəzifələrin reallaşmasında fəallıq, təşəbbüskarlıq və işgüzarlın artırılmasına nail olacaq, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeniyeni nailiyyətlər qazanacaqlar!Tədbirdə rayon üzrə ən yüksək nətiçə göstərmiş, 685 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına qəbul olmuş Xudaverdiyeva Aynurə Fuad qızına və 600-dən artıq bal toplayaraq ali məktəblərə qəbul olmuş 11 tələbəyə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov tərəfindən “Samsung Qalaxy” mobil telefonları hədiyyə verildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler