Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabadda Konstitusiya Günü qeyd olundu – Fotolar

11 Kasım 2016

12:48 pm


11/11/2016 [16:46]: xeber –
11 noyabr 2016-cı il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 12 noyabr Konstitusiya Günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq-mühafizə orqanlarının rəhbərləri,müəllimlər, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Toplantı iştirakçıları ilk öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini,həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış oldular.Həmçinin Cəlilabad Rayon İncəsənt Məktəbinin rəssamlıq şöbəsinin şagirdləri Həsənova Fidan Şahin qızı və Süleymanova Gülər Sabir qızının fərdi rəsm sərgilərinə baxıldı.RİH başçısı Əziz Əzizov şagirdləri təbrik etdi,onlara yeni yaradıcılıq işlərində uğurlar arzuladı.Tədbir dəyirmi masa ətrafında davam etdi.Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov açaraq rayon ictimaiyyəti nümayəndələrini Konstitusiya Günü münasibətilə təbrik etdi.Əziz Əzizov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatlar aparılıb. Məruzəçi Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib. Əziz Əzizov Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il ,18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər Konstitusiyamızı yeni müddəalarla zənginləşdirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler