Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabadda Kend Teserrüfatı İşçileri Gününe hesr olunmuş toplantı keçirildi

01 Kasım 2016

8:52 am


01/11/2016 [12:50]: xeber –
Noyabrın 1-də Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Əziz Əzizov, hüquq-mühafizə orqanları,kənd təsərrüfatı işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Toplantı iştirakçıları ilk öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini,həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış oldular.Toplantıda çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların social-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış,Cəlilabad rayonunda bu sahədə həyata keçirilən lahiyələri diqqətə çatdırmışlar. Çıxış edənlər Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən və mövcud problemlərdən danışmış, Azərbaycan Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı təkliflərini bildirmişlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler