Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabadda Beynelxalq Müellimler günü qeyd olundu – Fotolar

05 Ekim 2016

12:56 pm


05/10/2016 [16:52]: xeber –
5 oktyabr 2015-ci il tarixdə Cəlilabad rayon “Tut Bağı” istirahət mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər günü qeyd olunmuşdur. Tədbirdə RİH-başçısı Əziz Əzizov, aparat işçiləri,hüquq mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri iştirak etmişlər.Tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir. Əziz Əzizov qeyd etmişdir ki,Ulu öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, uşaq bağçası, ali və orta ixtisas məktəbləri üçün müasir tələblərə cavab verən yeni binalar tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə tədbirlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir. Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.Tədbir iştirakçılarına ziyafət süfrəsi açılmışdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler