Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabadda baş veren ağır yol qezasında tanınmış herbi eksperti xesaret alıb – YENİLƏNİB

07 Temmuz 2016

9:56 am


07/07/2016 [13:55]: xeber –
Azərbaycanın hərbi eksperti Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci kilometrliyində baş verən ağır yol qəzasında xəsarət alıblar. “Report”un xəbərinə görə, T.Əbilovun qolu qırılıb, həyat yoldaşı D.Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar ilk olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada onlara ilkin tibbi yardım göstərilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirirlər.T.Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur. Xatırladaq ki, T.Əbilov və D.Əbilova “Qafqazinfo” portalının redaktoru Günel Əbilovanın valideynləridir. ***Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev “Vaz-21015” markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə “Vaz-21015” markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobilin sürücüləri və sərnişinləri Məhəmməd Məmmədov, Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndiriblər. Faktla bağlı araşdırma aparılır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler