Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabad Rayon Kend Teserrüfatı İdaresinin inzibati binasının açılışı oldu

21 Temmuz 2016

8:28 am


21/07/2016 [12:26]: xeber –
İyulun 21-də Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılış mərasimi keçirilmişdir.Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, kənd təsərrüfatı naziri Heydər Əsədov, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Nazir Heydər Əsədov binanı gəzərək, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən maarifləndirici buklet və kitabçalarla, bölgədə yetişdirilmiş yeni taxıl sortları ilə tanış olub, baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıb. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək. Açılış mərasimində Prezident İlham Əliyevin rəhbərliyi altında son zamanlar kənd təsərrüfatının inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 (qırx) faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılıb, həmçinin aqrar sahədə həyata keçirilən institutsional islahatlar barədə geniş məlumat verilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler