Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Celilabad rayon elektrik şebekesinde yeniden qurma işleri aparılır

25 Temmuz 2016

8:08 am


25/07/2016 [12:04]: xeber –
Cəlilabad rayonunda 117 kənd, 2 şəhər, rayon əhalisinin sayı isə iki yüz on üç min (213 000) nəfərdir. “Azərişıq” ASC yaradıldıqdan sonra ASC-nin sədri Balababa Rzayev bölgələrdə elektrik şəbəkələrində yenidənqurma işlərinə başlamışdır. 2016-cı ilin əvvəllərində Cəlilabad rayon 110/35/10 kv-lıq yarım stansiyasında yeni 31,5 mva güçündə trasformator qoyulmuşdur. Əhalinin fasiləsiz enerji ilə təmin edilməsi və elektrik enerjisinin dayanıqlığı və etibarlılığı üçün bugün 110/35/10 yarımstansiyasında 16 mva güçündə trasformator çıxarılaraq onun yerinə yenicə gətirilmiş 31,5 mva güçündə trasformatorun quraşdırılması işləri aparılır.Həmin bu 2 trasformator 36 760 abonentə xidmət edəcəkdir. O,cümlədən Cəlilabad şəhərində 9660, Göytəpə şəhərində 2900, rayonun kəndlərində isə 24200 abonent fasiləsiz enerji ilə təmin olunacaqdır.Bu işlərdən əlavə rayonun kəndlərində yeni elektrik xətləri çəkilir, ağac dayaqlar beton dirəklərlə əvəz edilir, yeni müasir tipli kəndlərin gücünə uyğun trasformatorlar qoyulur. Uzuntəpə kəndində isə 35/10 kv-luq yarımstansiyas tikilmiş və trasformator ilə təmin edilmişdir.Cəlilabad şəhərində olan 9660 abonentə smart kart tipli sayğaclar quraşdırılmışdır. Alar kəndində isə 1700 nəfər abonentə smart tipli sayğac quraşdırılmışdır.“Azərişıq” ASC Cəlilabad rayonunda əhalinin elektrik enerjisini təmin etmək üçün böyük quruculuq işləri aparır. Əhali verilən enerjini dəyərinin ödənilməi işində böyük fəallıq göstərməlidir ki, bu da bizim elektrik sahəsində inkişafımız və gələcəyimizin etibarlılığı deməkdir.Cəlilabad əhalisi rayon elektrik şəbəkəsində aparılan quruculuq və yenidənqurma işlərinə görə “AZƏRİŞIQ” ASC kollektivinə böyük minnətdarlıq edir. Bu işdə əməyi olan hər bir mütəxəssisə öz minnətdarlıqlarını bildirirlər.Möhtərəm cənab Prezident İlham Əliyevin “AZƏRİŞIQ” ASC qarşısında qoyduğu tapşırıqlar layiqincə həyata keçirilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler