Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cehennemden qalxan duman…

07 Temmuz 2016

7:28 am


07/07/2016 [11:27]: xeber –
Tanrım, özün də dön, barışYaratdığın bəşər ilə.Bu gün bayram namazına duranların çoxluğu şaşırtdı məni. Əgər doğrudan da məmləkətdə bu qədər imanlı adam varsa,biz niyə bu gündəyik görəsən?Allahım, kimdi günahkar,Bəndən günahdan doymadı.Cəhənnəmdən qalxan duman Səni görməyə qoymadı.Tanrım,söndür cəhənnəmi,Aydınlat hər şeyi,Tanrım!Yerdəsən, yeri, göydəsən,Aydınlat göyü, Tanrım!Barışdır mənnən şeytanı,Bax, gör kim kimdən böyükdü…Barışdır, qoy görüm, sevginNifrətdən, kindən böyükdür.Gecənin oğludu gündüz,Qəhqəhə–dərdin-ahın…Səndən özgə kim soyar,Sababımdan günahı?Tanrım,gözəldi çarmıxda,İsa tək bir an yaşamaq.Bir axar su tək sənnən də,Heç nə ummadan yaşamaq…Mələklər səni görəcək,Bir gün içimi yarandaMəni aracı qıl, Tanrım,Şeytanla özün aranda.Barışdır yeri göy ilə,Bir mənə, bir şeytana bax.Barışdır hər şeyi, görüm-Necədi düşmənsiz yaşamaq.Heç nə sürməz sonsuzadək,Barışdır xeyiri şər ilə.Tanrım, özün də dön, barışYaratdığın bəşər ilə.Allahım, kimdi günahkar,Bəndən günahdan doymadı?Cəhənnəmdən qalxan duman,Səni görməyə qoymadı.Rüstəm BEHRUDİ




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler