Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cebhe xettindeki artan gerginliyin perdearxası –Düşmen keşfiyyat xarakterli texribatlara başlayıb

02 Kasım 2016
ekindex
7:00 am


02/11/2016 [10:56]: xeber –
Son zamanlar Ermənistanın işğalçı ordusu zəbt olunmuş Azərbaycan ərazilərində diversiya-təxribat hərəkətlərinin sayını kifayət qədər artırıb. Düzdür, düşmən hər dəfə itkilər verərək geri çəkilir, ancaq yenə də işğalçı özünün məkrli niyyətindən əl çəkmir və münaqişənin dinc yolla tənzimlənməsinə yönəlik cəhdləri pozmaqda israrlıdır. Azərbaycanın Müdafiə Nazirliyinin 1 noyabrda yaydığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Bundan bir gün öncə isə düşmən 45 dəfə atəşkəsi pozmuşdu.Qeyd edək ki, erməni tərəfi təkcə yüngül silahlardan deyil, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir. Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edib ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. *****Əslində Rusiyadan “İsgəndər” raket komplekslərini aldıqdan sonra Ermənistan aşkar şəkildə azğınlıq nümayiş etdirməyə başlayıb. Odur ki, bir sıra ekspertlər aprel müharibəsinin daha kəskin formada təkrarlanmasını tamamilə mümkün sayır. Hesab olunur ki, Azərbaycanın düşmənə dörd günlük müharibəni xatırlatması üçün bu, çox vacibdir. Ancaq ATƏT-in Minsk Qrupu həmsədlərinin regiona səfərindən sonra düşmənin daha da quduzlaşması təəccüb doğurur. Məntiqlə, həmsədrlərin növbəti görüş təşəbbüsünün qarşılığında Ermənistan görüntü üçün də olsa, konstruktiv mövqe sərgiləməli idi. Ancaq əksinə oldu, düşmən əsasən də olduqca strateji məntəqə sayılan, Tərtərin aprel ayında itirilmiş Talış kəndi istiqamətindəki yüksəkliklərə doğru həmlələr etməyə başladı. Eyni zamanda erməni əhalinin Talışa qaytarılması üçün də cəhdlər göstərilir. Lakin işğalçı tərəf hələ ki məqsədinə nail ola bilmir. Azərbaycan Ermənistandan fərqli olaraq dinc əhaliyə qarşı hər hansı təhlükə yaratmır. Sadəcə, işğalçı ordunun əsgərləri Talışda yaşamış azsaylı dinc sakinlərdən istifadə etmək, onların arxasında gizlənib Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutmaq üçün erməniləri bu kəndə qaytarmaq istəyir. Təbii ki, düşmənin atəşinə cavab veriləcək və o halda Ermənistan “ay haray, qoymayın, Azərbaycan ordusu bizim mülki sakinlərə atəş açır” deyə, şivən qoparacaqlar.***** Azərbaycanın hərbi ekspertləri isə ordumuzun düşməni susdurmaq və sarsıdıcı zərbələr vurmaq üçün yetərincə imkanlara malik olduğunu deyir. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın düşmənə qarşı daha sərt addımlar atmasını zəruri saydı: “Şəxsi fikrimə görə, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 26-da cəbhədə baş vermiş məlum erməni təxribatına nədənsə çox humanist bir yanaşma sərgilədi. Əslində isə bədnam qonşularımız aprelin əvvəllərində itirdikləri mövqeləri geri almaq üçün çox ciddi hərəkətə keçməyə cəhd etdilər və yalnız bizim əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində yaramazlar öz çirkin məqsədlərinə nail ola bilmədilər. Burunları yaxşıca ovuldu və çəkilib yerləşdikləri mövqelərdə dayandılar. Vəziyyət bizim son vaxtlar dəfələrlə təkrarladığımız və proqnozlaşdırdığımız kimi, get-gedə gərginləşməkdədir. Ermənilər çox böyük ehtimalla öz havadarlarından aldıqları sifarişi – vəziyyəti daha da gərginləşdirmək tapşırığını maksimum yerinə yetirməyə davamlı cəhdlər edirlər. Onlar bu arada bir dezinformasiya da dövriyyəyə buraxmağı unutmadılar. Bu, guya onların Talış istiqamətdə hansısa hərbi parad keçirməkləri ilə bağlı yalançı və populist təbliğatı idi. Ermənistanın yeni hərbi komandanlığı da bu arada özlərini ”təsdiq” etmək üçün dəridən-qabıqdan çıxır. Üstəlik, bunlar həm də başqalarının əlində həmişə alət rolunu oynayıblar, çalışırlar ki, cəbhədə qan tökülsün və ATƏT-in bivec Minsk Qrupu üçün göydəndüşmə bir şans yaransın”. Hərbi ekspert hesab edir ki, ilin sonuna kimi Ermənistan tərəfi heç də dinc durmayacaq və vəziyyətin gərginləşməsi üçün maksimum çalışacaq: “Ona görə də Silahlı Qüvvələrimiz bir an da olsun, ayıq-sayıqlığını əldən verməməlidir. Qarşıdakı günlərdə bizi çox çətin və mürəkkəb durum gözləyir”.Maraqlıdır, acınacaqlı dövrünü yaşayan Ermənistan nəyə güvənir, indiki situasiyada Azərbaycanla müharibə işğalçıya lazımdırmı? Ü.Cəfərov: “Ermənistan əslində özü də çətin durumdadır. Onlar gözəl bilirlər ki, bu dəfə Azərbaycan tərəfi onların daşını daş üstə qoymayacaq. Sadəcə, onlar havadarlarının, həm də onlara bu illər ərzində hər vəcdlə dayaq olmuş beynəlxalq qurumların maraqlarına xidmət göstərək ölkəmizi çətin seçim qarşısında qoymağa çalışırlar. Cəbhədə gərginliyin daha da artması həm də yeni silah və sursatın əldə edilməsi üçün düşmənin əl atdığı hiyləgər variantlardan biri kimi lazımdır. Sözsüz ki, müharibə onlara lazim deyil. Əldə etdiklərini öz rus qardaşlarının köməyi ilə əldə ediblər. Yeraltı və yerüstü sərvətlərimiz bu illər ərzində Ermənistan büdcəsinə milyonlarla, bəlkə də milyardlarla gəlir gətirib. Onların məqsədi bizi daim təzyiq və şantaj altında saxlamaqdır”.Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə cəbhədəki gərginliyin Ermənistan daxilindəki hadisələrlə əlaqədar olduğunu düşünür:  “Bir müddət əvvəl Ermənistanda yeni hökumətə və yeni hərbi rəhbərliyə təyinatlar olub. Bu dəyişikliklərdən sonra isə Qarabağ bölgəsində gərginlik gözlənilən idi. Elə buna görə də Azərbaycanın müdafiə naziri cəbhə bölgəsinə gedib, müvafiq tapşırıqlar verdi. Biz bilirik ki, hazırda Ermənistan daxilində ciddi gərginlik hökm sürür və iqtidar-müxalifət ziddiyyətləri artmaqdadır. Odur ki, diqqəti ölkə daxilindəki problemlərdən yayındırmaq üçün Qarabağ məsələsi həmişəki kimi ortaya atılıb. Eyni zamanda ağır vəziyyətdə yaşayan əhalinin diqqətini yayındırmaq üçün Qarabağda gərginlik yaratmaq istəyirlər”. Polkovnik Ramaldanov “Yeni Müsavat”a durumu şərh edərkən bildirdi ki, aprel döyüşlərinin daha geniş miqyasda təkrarlanmasını istisna etmir: “Qarabağ savaşı heç vaxt dayanmayıb, biz də heç vaxt düşünməmişik ki, sülh dövründə yaşayırıq. Sadəcə, atəşkəs razılaşması var, ancaq düşmən vaxtaşırı bu razılaşmanı kobud şəkildə pozur. Odur ki, istənilən vaxt döyüşlər yenidən başlaya bilər. Bunun üçün də bütün əsaslar var. Ermənistan rəhbərliyi söz vermişdi ki, sentyabr ayında apreldə itirilmiş mövqeləri geri qaytaracaq. Son günlər də Talış kəndi istiqamətində Qarabağın separatçı rəhbərliyi müəyyən tədbirlər keçirir, heykəl qoyur. Bütün bunlar onu göstərir ki, Ermənistan dövləti sülh yolu ilə torpaqları qaytarmaq fikrində deyil. Torpaqları azad etməyin bir yolu var, o da hərb yoludur. Azərbaycan dövləti də bunu tam başa düşür və döyüş hazırlığı ilə əlaqədar müəyyən göstərişlər verilir. Biz hər zaman döyüş hazırlıqlarını aparırıq. Bunun nəticəsidir ki, ermənilərin çoxsaylı cəhdlərinin qarşısını alırıq və düşmən xeyli itkilər verib. Beynəlxalq aləmdə olan gərginlik hardasa bizim bölgəmizə də öz təsirini göstərir. Ermənilər fürsətdən yararlanmaq istəyirlər. İndiki təxribatlar kəşfiyyat xarakterlidir. Onlar öyrənmək istəyirlər ki, biz ön xəttə necə durmuşuq. Hələ ki ordumuz bütün istiqamətləri nəzarətdə saxlayır. Düşmən boşluq axtarır, amma buna nail ola bilmir”.Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc isə son günlər bütün cəbhəboyu ərazilərdə vəziyyətin gərginləşməsi barədə danışarkən deyib ki, işğalçı dövlət indi də Azərbaycan tərəfindən nəzarət olunan ərazilərə müəyyən sayda erməniləri gətirməklə müxtəlif lokal toqquşmalar halında qətlə yetiriləcək ermənilərdən Kosova səhnəsi yaratmağa çalışır: “Vaxtilə dünya serblərlə Kosova albanları arasındakı toqquşmada fərqli bir yol tutdu. Kondaliza Raysın təşəbbüsündən sonra Amerika tərəfdarları da qəbul etdi ki, serblər albanları qırıblar, yeni bir presedent yaranıb və soyqırıma məruz qalmış xalq müstəqilləşməlidir. Bu adla da Kosovanın azadlığını elan etdilər. İndi də deyirlər ki, Azərbaycan özü soyqırıma məruz qalmış tərəfdir, ona görə də onlar vəziyyəti bərabərləşdirmək üçün Talış kəndini və sakinlərini önə veriblər, bununla da göstərmək istəyirlər ki, yəqin paradı bu dəfə Talış kəndində Azərbaycan ordusu keçirəcək”. Deputat hazırkı şəraitdə vəziyyətin aprel hadisələrinin təkrarı kimi bir duruma gəlib çata biləcəyini də istisna etməyib: “Beynəlxalq vasitəçilərin son aylar müəyyən səfərlərinə baxmayaraq, danışıqların tamamilə dayanması fonunda sanki hərbi qüvvələr prosesin önünə çıxır. Hesab edirəm ki, indiki reallıqda hərbi cəhətdən ermənilərlə növbəti təxribat hadisələri qarşısındayıq”. Hər halda, beynəlxalq aləmin sükutu da Azərbaycanı savaşa vadar edən amillərdəndir. Talış kəndində hərbi toplantı keçirən Ermənistana hələ ki kimsə “hərbçilərini rədd elə buradan” demir…(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler