Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çavuşoğludan ABŞ-a sert beyanat: Heç biriniz Türkiyenin şefi deyilsiniz!

13 Eylül 2016

4:28 pm


13/09/2016 [20:25]: xeber –
sayt xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu Türkiyədə 28 bələdiyyəyə qəyyum təyinatı ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyinin bəyanatına sərt reaksiya verib. Çavuşoğlu, ABŞ səfirliyinin “narahatlıq keçiririk” açıqlamasına qarşı bunları deyib: “Heç biriniz Türkiyənin şefi deyilsiniz. Türkiyə ilə münasibətlərinizi adam kimi davam etdirmək istəyirsinizsə, Türkiyəni bərabərhüquqlu partnyor kimi görmək məcburiyyətindəsiniz. Ayrıca, sizin səfirininz Türkiyədə icra başçısı deyil, səfirlik vəzifəsini adam kimi icra etməlidir.”PKK-nın kürd vətəndaşlarının hüquqlarına hörmət etmədiyini deyən Çavuşoğlu Türkiyənin mütəffiqi olan ABŞ-dan gələn bəyanatları məyusluqla qarşıladığını və qəzəbləndiyini qeyd edib:“Əgər seçkilərlə vəzifə başına gəlmiş bir bələdiyyə sədri, millət vəkili, kənd icra nümayəndəsi terrora dəstək verirsə, “O şəxs xalq tərəfindən seçilib, toxunulmazdır” deyə bilməzsiniz. Seçilən şəxsin vəzifəsi vətənə, millətə xidmət etməkdir, terrorçuya deyil. Onlar terrorçuların yollara mina döşəməsinə kömək edirsə, bu, millətin pulunu terrorçulara xərcləməkdir. Qəyyum təyin edilən bələdiyyələrin hamısı çuxur qazmaqda, yolları minalamaqda, bələdiyyə imkanları ilə terrorçulara kömək etmişdir.Hər şeydən əvvəl bu cür xarici müdaxilələrin üslubu qəbul edilməzdir. Biz də bir sıra ölkələrlə bağlı qayğılarımızı dilə gətiririk. Məsələn, ABŞ-da artan irqçilik sadəcə islamafobiya deyil, fərqli rənklərə qarşı irqçilikdə bir artış var. ABŞ-da polis nə qədər insan öldürdü. Ancaq Vaşinqtondakı səfirimizə zəng edib “Sən bir bəyanat ver” demirik. Bu qayğımızı birbaşa müttəfiqlərimizə çatdırırıq. Bu işin qaydası budur.” Çavuşoğlu Vyana müqaviləsini xatırladaraq ABŞ səfirinin vəzifə səlahiyyətlərini aşmamasını tövsiyə edib:“Türkiyənin icra başçısı kimi rəftar edənlərin heç birinə icazə verməyəcəyik. Hər kəs həddinin, hüququnun və vəzifəsinin çərçivəsini çox yaxşı bilməlidir”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler