Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cavid Qurbanovdan iddialı açıqlamalar…

13 Ekim 2016

10:56 am


13/10/2016 [14:55]: xeber –
Bu gün ölkə dəmiryolçuları peşə bayramlarını qeyd edirlər. 136 yaşlı dəmiryolçular bu münasibətlə bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizi ziyarət ediblər.Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov rəhbərlik etdiyi qurumun il yarımda gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı jurnalistlərə açıqlama verib.sayt C. Qurbanovun həmin açıqlamasını sinxron olaraq təqdim edir:”Bu gün biz Ulu Öndəri ziyarətə gəlmişik. Bilirsiniz ki, ümummilli liderimizin dəmiryolunun formalaşmasında müstəsna xidmətləri olub. Hələ sovetlər dönəmində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən ölkənin nəqliyyat sahəsini kurasiya edərkən onun Baykal Amur Magistralının (BAM) tikintisində birbaşa iştirakı olub. Ümumiyyətlə ulu öndərin həmişə dəmiryol sferası ilə yaxın əlaqəsi olub. Təsadüfi deyil ki, onun özü də xatirələrində dəmiryolçu ailəsində doğulub boya-başa çatdığını bildirirdi. Elə ona görə də deyirdi ki, mən həm dəmiryolunu sevirəm, həm də bu sahəni bilirəm. Allah ona rəhmət eləsin. Bu gün də bizim bayramımızdır. Dəmir yolunun inkişafın gəldikdə isə deyə bilərəm ki, son il yarımda biz xeyli dəyişikliklər etmişik. Bakı-Sumqayıt dəmiryolunu tam təmir edərək sərnişinlərin ixtiyarına vermişik. Artıq bu xətlə gündəlik təxminən 4 minə yaxın sərnişin daşınır. Həmin yolun davamı olaraq Bakı dairəvi yolunun təmirinə başlamışıq. Vağzalın inzibati binasını yenidən təmir edirik. Görürsünüz ki, bütün platformalar yenidən qurulur. Vağzalətrafı binlar yenidən qurulur. Oradakı yöndəmsiz ticarət obyektləri tamamilə yenilənib. Bildirim ki, vağzalın təmiri tam başa çatdıqdan sonra biz ASAN Xidməti də ora gətirəcəyik və ikinci mərtəbədə yerləşdirəcəyik. Hesab edirəm ki, bu ilin axırına kimi biz orada şəhərimizin görkəminə, cənab prezidentimizin abadlıq – quruculuq siyasətinə yaraşan gözəl bir vağzal binasını sərnişinlərin ixtiyarına verəcəyik. İnzibati binamızın təmirini başa çatdırmışıq və jurnalistləri dəvət edirəm gəlin baxın dəyişikliyi öz gözlərinizlə görün. Uzun illər boyu demək olar ki, heç vaxt təmir edilməmiş binanı yüksək səviyyədə təmir etdirərək dəmiryolçuların istifadəsinə təqdim etmişik. Dəmiryolçuların rahat və səmərəli fəaliyyəti üçün binada hər cür komfort yaradılıb. Yollarda tikintilərimiz davam edir. Dünən biz Səngəçalda bizim yolların tikintisi ilə məşğul olacaq yeni bir qurumun yeniləşməsinin təqdimatını etdik. Bu il biz təxminən 200 kilometrə yaxın yeni yol tikintisi aparmışıq. Demək olar ki, dəmiryol təsərrüfatında hər şeyi yeniləşdiririk və çalışacağıq ki, gələn ilin axırına qədər bizim qatarların Gəncəyə qədər olan sürətini saatda 100 kilometrə çatdıraq. Bu da bizə imkan verəcək ki, sərnişinlərimizi Gəncəyə 3-3,5 çata aparıb çatdıra bilək. Yükdaşımaya gəldikdə isə deyə bilərəm ki, bu günki günə qədər təxminən 10 milyon tona qədər yük daşımışıq. İşləyən lokomotiv parkının təqribən 30 faizini yeniləmişik. Yeni teplovozlar və elektrovozlar almışıq. 3100 ədəd yeni vaqon alıb gətirmişik ki, bu da bizim yükdaşımalarda qonşu ölkələrdən asılığımızın tamamilə qarşısını alıb. Əvvəllər Azərbaycan dəmir yolları qonuş ölkələrin vaqon parkından asılı idi. Biz həmin vaqonların hər birinə 20 isveçrə frankı ödəməklə istifadə edirdik və bunun da nəticəsində minus balansda olurduqsa bu gün artıq biz bu balansı nəinki sıfırlamışıq, artıq müsbət saldo da yaranmağa başlayıb. Bu gün biz Astarada 8,3 kilometrlik yolun tikintisini başa çatdırmışıq, körpünün tikintisi də demək olar ki, başa çatıb və inşallah uzaqbaşı ay yarımdan sonra həmin körpünün də açılışını qeyd edəcəyik. Bu da bizim yükdaşımamızıın artmasına heç şübhəsiz təkan verəcək. Bu il inşallah Bakı-Tiflis – Qars yolunun Gürcüstan hissəsinin tikintisini tam başa çatdıracağıq. Deyə bilərəm ki, oradakı tunelin beton işlərinin bitməsinə təqribən 50-60 metr qalıb. Artıq yol da sınaqdan keçirilib və sadəcə elektrik işlərində bir balaca işlərimiz qalıb. Çalışacağıq ki, ilin axırına qədər həmin işləri də yekunlaşdıraq. Qazaxıstanda, Türkiyədə, Gürcüstanda, Avropada nümayəndəliklər açmışıq. Biz bununla bütün tərəfdaş ölkələrin dəmir yollarının inteqrasiyasına çalışırıq. Çindən gələn qatarların Qazaxıstan və Türkmənistan limanlarından Ələt limanına və Bakıdakı digər limanlara çatması üçün Xəzər Dəniz Gəmiçiliyi ilə əməkdaşlıq etməyə çalışırıq. Ukraynadan gələn vaqonların sayı əgər keçən il 460 idisə, bu il artıq 2 mindən çoxdur. Hesab edirik ki, inşallah bu rəqəmi daha da artıracağıq. Bununla bərabər yeni yüklərin axtarışı ilə məşğuluq. Cənab prezidentin və hökumətimizin köməyi ilə dəmir yol təsərrüfatının tamamailə yeniləşməsinə nail olacağıq. Bu yaxınlarda imzaladığımız kredit müqaviləsi hesabına biz 50-yə yaxın yeni elektrovoz alacağıq. Həmin qatarların 10-u dəyişən və sabit cərayanla işləməklə sərnişindaşımada istifadə ediləcək,  qalan 40 dəyişən cərəyanla işləyən elektrovozlarsa yükdaşımada istifadə ediləcək. Qərb zonasındakı elektrik xətlərində də yeniləşmə aparılır. Transformator təsərrüfatı da tam yeniləşməkdədir, bunlara paralel rabitə və işarəetmə işləri də aparılır. 2017-ci ilin əvvəlindən yeniləşmiş maliyyə sistemindən istifadə olunacaq. Biletlərin tamamilə onlayn sistemlə satılması təmin olunub və istənilən sərnişin asanlıqla onlayn bilet əldə edə bilər. Bir sözlə, müasir dünyada hansı yeni texnologiya varsa onları gətirib dəmiryolda tətbiq etməyə çalışırıq. Gənc kadrların işə cəlb olunması ilə məşğuluq. Çalışırıq ki, müasir biliklərə yiyələnmiş gənc mütəxəssislərdən daha çox istifadə edək. Xarici dil bilən mühəndisləri işə cəlb edirik. Belə deyək ki, Azərbaycan Dəmir Yollarının gənc kadrlarla əvəz olunması üçün yumşaq formada bir keçid planı hazırlayırıq. Təbii ki, yaşlı və orta nəslin də təcrübəsindən faydalanaraq Azərbaycan dəmir yollarını gələcəyə aparmağa çalışırıq”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler