Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cavid Qurbanov yenilenen bazanın açılışında -Fotolar

13 Ekim 2016

11:00 am


13/10/2016 [14:56]: xeber –
Azərbaycan Dəmir Yolları QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu haqda sayt-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nadir Əzməmmədov məlumat verib. O, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun da açılışda iştirak etdiyi bildirib. Nadir Əzməmmədov qeyd edib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yeniləri tikilib. Yeni tikilən ikinci bazada isə ikisi 625 metr, biri 705 metr olmaqla, üç yol qəlibinin tikintisi də başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bundan başqa ərazidə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınıb. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib.Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyunub-geyinmə otaqları, duşxanalar, gözətçi budkası istifadəyə verilib, yoldəyişən qurğuların yığılması üçün yeni meydança salınıb. Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür edib.Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının formalaşması əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanıb və bu günə qədər həmin məqsədə xidmət göstərir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler