Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cavid Qurbanov: “Voleybolda sehv bağışlanılmır”

12 Ekim 2016

10:20 am


12/10/2016 [14:18]: xeber –
“Voleybolda səhv bağışlanılmır.” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Cavid Qurbanov deyib.Milli Olimpiya Komitəsində Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı keçirilən iclasda gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, voleybol idman növü Azərbaycanda böyük ənənələrə məxsusdur: “Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi, voleybolda da yeniliklər baş verir”.Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olduğunu qeyd edən A.Rəhimov federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri C.Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldüyünü bildirib:“Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə komandamızın 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmasıdır”.Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illər görülmüş işlərin hesabatını verib.Səs çoxluğu ilə Voleybol Federasiyasına prezident seçilən C.Qurbanov çıxışında qeyd edib ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür. Voleybolda səhv bağışlanılmır: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler