Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cavid Qurbanov: “Azerbaycan regionda lider dövlete çevrilib”

27 Ekim 2016

4:36 pm


27/10/2016 [20:35]: xeber –
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində təntənəli tədbir keçirilib.”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən sayt-a verilən məlumata görə, tədbirdə Çinin xarici işlər nazirinin köməkçisi Kon Suanyou, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələrinin iştirak ediblər.Mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edib. O, 1991-ci ildə qazanılan müstəqilliyin xalqımız üçün çox böyük əhəmiyyət daşıdığını deyərək, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib.Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionda lider dövlətə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını vurğulayan C.Qurbanov, dövlət başçısının Çin ilə əlaqələrin inkişafına göstərdiyi diqqətdən danışıb. Bildirib ki, son vaxtlar Azərbaycan və Cin dəmir yolları arasında əlaqələr daha da genişlənməkdədir. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin genişləndirilməsində Cin dəmiryolçularının əvəzsiz xidmətləri var.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler