Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Çarli Çaplinin iyrenc -SEVGİ HƏYATI

23 Eylül 2016

4:16 pm


23/09/2016 [20:12]: xeber –
O, ötən əsrin ən populyar aktyorlarından biri idi. Çəkildiyi filmlərlə bir sıra ölkələrdə sevilən Çarli Çaplin (Çarlz Spenser Çaplin) həm sənətkar kimi, həm də real həyatda maraq doğururdu. Daim insanların diqqət mərkəzində olan aktyorun həyatındakı qadınların çoxluğu onu göstərir ki, Çarli Çaplin zərif cinsin nümayəndələrinin də sevgisini qazanmışdı.1918-ci ildə 29 yaşlı Çarli 16 yaşlı Mildred Harrislə ailə qurur. Buna səbəb qızın bir müddət sevgi macərası yaşadığı və intim münasibətdə olduğu Çarlidən hamilə qalması idi. Lakin onların dünyaya gələn körpəsi cəmi 3 gün yaşadı. Bundan 1 il sonra cütlük boşanmaq qərarını verdi. Sonralar aktyor xatırlayırdı: “Mildred qəddar deyildi, amma ümidsiz insan idi. Mən heç vaxt onun qəlbini fəth edə bilmədim. Çünki Mildredin ürəyi boş fikirlərlə dolu idi”. Altı il sonra – 1924-cü ilin 26 noyabrında aktyor ikinci dəfə ailə qurdu. Lita Qrey də Çerlinin birinci həyat yoldaşı kimi yeniyetmə idi. Qızın yaşı o qədər az idi ki, cütlük bu nikahı evlənmək üçün loyal qanunların mövcud olduğu Meksikada rəsmiləşdirdi.Ərinə Çarlz və Sidni adlı 2 oğlan övladı bəxş etmiş Lita Qrey sevdiyi Çapli ilə 3 filmə də çəkildi.Lakin Çarlinin bu qadınla da ailə həyatı uzun sürmədi. 1928-ci ildə aktyor boşanma prosesinə görə qadına 800 min dollar pul ödəməli oldu. Bu o dövr üçün rekord məbləğ idi.Bundan 4 il sonra aktyorun həyatına daha bir qadın Polett Qoddar daxil olur. Onlar 1932-ci ildən 1940-cı ilə qədər əlaqədə olmuşdular. Polett bu illər ərzində günün çox hissəsini Çarlinin evində yaşayırdı. Onlar hətta birlikdə “Yeni zaman” və “Böyük diktator” filmlərinə də çəkildilər. Cütlük bir də 1940-cı ildə bəyan etdi ki, onlar 1936-cı ildən rəsmi nikah quraraq yaşayıblar. Çarli və Polett 1940-cı ildə əlaqələrini kəsdilər.Çarli Çaplinin sonuncu həyat yoldaşı Una O Nil idi. Bu cazibədar, şən qadın Çaplinin 4-cü həyat yoldaşı oldu. O, ərindən 36 yaş balaca idi. Cütlük rejissor “Kabus və həqiqət” pyesini ekranlaşdırarkən tanış olmuşdu.Onların toyu 1943-cü ilin 16 iyununda baş tutdu. Toydan 10 il sonra ABŞ-ın xüsusi xidmət orqanları Çarli Çaplini xarici kəşfiyyata işləməkdə ittiham etməyə başladı. Buna görə aktyor ABŞ-ı tərk etməli oldu. Lakin Una O Nil də bu zaman ərini tək buraxmadı. 1953-cü ildə o, ABŞ vətəndaşlığından imtina edərək Birləşmiş Ştatları tərk etdi.O Nil Çarliyə 3 oğlan – Kristofer, Yudjin və Maykl, habelə 5 qız övladı – Ceraldina, Cozefina, Cozana, Viktoriya və Anna-Emil bəxş etdi.Ailənin sonuncu övladı dünyaya gələndə komik aktyorun 73 yaşı vardı.( Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler